525.Az

Uzun müddət oturmaq insanı "öldürür"


 

"ÖLÜ ÇANAQ" SİNDROMU HƏYATIMIZI NECƏ MƏHV EDİR?

Uzun müddət oturmaq insanı "öldürür"<b style="color:red"></b>

Mütəxəssislər uzun müddət oturaq halda qalmağın insan orqanizminə zərərləri haqqında saysız araşdırmalar edib. Lakin hələ də çox oturmağın fəsadları haqqında yeni faktlar ortaya çıxır.

Hazırda mütəxəssislər üçün gündə neçə saat oturmalıyıq, gündə neçə saat hərəkət etməliyik sualından daha vacib hala çevrilib. Qeyd edək ki, uzun müddət oturaq vəziyyətdə qalmaq təkcə skelet sistemini zədələməklə qalmır, eyni zamanda, budun quruluşunu da dəyişdirir. Bəs bundan əlavə çox oturmaq nəyə gətirib çıxarır?

Uzun müddət oturmağın zərərləri arasında "ölü çanaq" sindromu da var. Qulağa gülməli səslənsə də, belə bir sindrom mövcuddur.

Təqribən 30 dəqiqə oturduqdan sonra metobolimamız 50 faiz daha yavaş işləməyə başlayır. Bu, başlanğıcda "yorğunluq hissi" və zamanla "kökəlmək" deməkdir.  Bu səbəbdən həddindən artıq oturmaq yağ və piylənməyə səbəb olur, eyni zamanda, qan axışını ləngidir, bud amneziyasına, əzələ və sümük narahatlığına gətirib çıxarır. Oturan bir şəxslə müqayisədə hərəkətdə olan adam  2-3 dəfə çox enerji yeyir və 5-10 dəfə daha çox yeriyir. Bir sözlə, uzun müddət oturmaq insanı tənbəl edir. Uzunmüddətli oturmanın ürəyə də ziyanları var. Belə ki, insulin və şəkər səviyyəsini artırır. Təkcə bu məlumatlar oturmağı vərdiş halına gətirən insanların ürək-damar xəstəlikləri riskini 50-80 faiz  artırdığını izah etmək üçün kifayətdir. Həddən artıq oturaq həyat bəzi xərçəng (döş, prostat, yumurtalıq) növləri riskini də  yüksəldir. Bunun səbəbi insulinin artması ilə bərabər, artan hüceyrə böyüməsi faktorları olaraq göstərilir. 

Həyatını oturmaqla keçirməyi seçənlərdə sümük əriməsi (osteoporoz) və əzələ itkisinə daha çox rast gəlinir. Bu isə yaşlandıqca özü ilə daha ciddi problemləri bərabərində gətirir. Hərəkətin məhdudlaşması, oynaq ağrısı, tez-tez yıxılma, sümüklərin qırılması və s. buna aid etmək olar. Oturma müddəti bir saatı keçdikdə, ayaq damarlarındakı laxtalanma prosesləri sürətlənir. Bu, "emboliya" adlanan laxtalanma parçalarının oradan qoparaq ağ ciyərlərə çatması və həyati problemlərə səbəb ola bilməsi deməkdir.

Ölü çanaq sindromu yalnız xəstəliklərə səbəb olmur, həm də bədəninizin, xüsusilə də bud və ayaqlarınızın görünüşünün pozulmasına səbəb olur. Çünki uzun saatlar oturmaq, latınca "gluteus medius" adlanan əzələ sahəsinin məhvinə zəmin yaradır. Mütəxəssislərə görə, zədələnmiş əzələ bölgəsi səbəbiylə budunuz "yuxuya getməyə" başlayır. Bu vəziyyətin mənfi təsirlərindən qaçmaq üçün nə etməyiniz isə əslində, çox sadədir. Hər bir saatda ən azı 10 dəqiqə qalxmaq, gəzmək və hərəkət etmək əzələlərinizi hərəkətə gətirmək üçün kifayətdir.

Afaq RZA

 





21.10.2020    çap et  çap et