525.Az

Ceyhun Bayramov bu gün Mayk Pompeo ilə görüşəcək


 

Ceyhun Bayramov bu gün Mayk Pompeo ilə görüşəcək<b style="color:red"></b>

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

APA ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.

 





23.10.2020    çap et  çap et