525.Az

Rusiya ermənini beynəlxalq axtarışa verib


 

Rusiya ermənini beynəlxalq axtarışa verib<b style="color:red"></b>

Rusiya hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1980-ci ildə anadan olan Ermənistan vətəndaşı Artak Ulikhanyan Rusiya ərazisində qətl törətməkdə təqsirli bilinir.

Həmin şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib.

 

 





24.10.2020    çap et  çap et