“Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün”.
Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.
Prezident deyib ki, vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz:
“İndi dörd rayon bizdədir. O məsələ artıq qurtardı getdi, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlını özümüz götürmüşük. Bu rayonların böyük hissəsi bizdədir, keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi. Ona görə fikirləşsinlər”.