525.Az

“08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb”


 

“08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb”<b style="color:red"></b>

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə, Prezidentin köməkçisi vurğulayıb.

 





26.10.2020    çap et  çap et