525.Az

Gülər Əhmədova iclas keçirdi


 

Gülər Əhmədova iclas keçirdi<b style="color:red"></b>

Sabiq deputat, son günlər məlum videoqalmaqala görə adı gündəmdən düşməyən Gülər Əhmədova bu gün işə çıxıb.

Modern.az saytının məlumatına görə, G.Əhmədova baş redaktoru olduğu “Mərkəz” qəzetinin redaksiyasında işçiləri topalayaq iclas keçirib, əməkdaşlarına tapşırıqlarını verib. Bu, sıradan bir toplantı olub və G.Əhmədova “Mərkəz”in kollektivinə olanlara əhəmiyyət verməməyi, öz işlərini davam etdirməyi tövsiyyə edib.

Qeyd edək ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum videoqalmaqalı ilə bağlı mandatdan imtina etməsi üçün Milli Məclisə müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.

 





16.10.2012    çap et  çap et