525.Az

Gənc Tamaşaçılar Teatrından yeni layihə


 

Gənc Tamaşaçılar Teatrından yeni layihə<b style="color:red"></b> Azərbaycan teatr məkanında ilk dəfə Böyük Britaniya və Gənc Tamaşaçılar Teatrının aktyor heyəti tamaşa təqdim edəcəklər.

Teatrdan 525.az-a verilən məlumata görə, bu, Mədəniyyət və Turizm Nazirliyi, British Council və  Dövlət Gənc Tamaşaçılar teatrının birgə layihəsidir. Burada Böyük Britaniyadan olan teatr mütəxəssisləri ilə bərabər, Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edəcəklər.

Yeni layihədə ingilis dramaturqu, ssenaristi və kinorejissoru, Oskar mükafatçısı Martin Mak Donaxın “Linenin trilogiyası” adlı eyniadlı əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik kraliçası”, “Yalqız qərb” tamaşalarının hazırlanacaq. Quruluşçu rejissoru (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssamı (Liza Kuk) və işıq üzrə rəssamı (Maykl Manyon) Böyük Britaniyadan olan tamaşa dünya teatr səhnəsinə inteqrasiya baxımından uğurlu olacağını vəd edir.

Hər üç tamaşanın rejissoru və işıq rəssamları teatrın əməkdaşlarıdır. Tamaşaların təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Teatr günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur
 





05.02.2014    çap et  çap et