525.Az

Hərbi attaşelər sabah Bərdəyə gedəcək


 

Hərbi attaşelər sabah Bərdəyə gedəcək<b style="color:red"></b>

“Mən hərbi attaşeləri Bərdəyə dəvət etmək istərdim”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, hərbi attaşelərlə birlikdə sabah həmin ərazilərə baxmaq istəyir:
 
“Təbii ki, onların da təhlükəsizliyini təmin etmək lazımdır. Bu cür hallarda da biz Ermənistan silahlı qüvvələrinin hücumlar etməsini görürük”.

 

 





28.10.2020    çap et  çap et