525.Az

Bərdəyə raket hücumu nəticəsində yaralananlardan biri də vəfat etdi


 

Bərdəyə raket hücumu nəticəsində yaralananlardan biri də vəfat etdi<b style="color:red"></b>

Ermənilərin ötən gün Bərdəni raket atəşinə tutması nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib.

Baş Prokurorluqdan verilən məlumata görə, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Qeyd edək ki, həmin hücum nəticəsində 13 nəfər xəsarət almışdı.

 

 





28.10.2020    çap et  çap et