525.Az

İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək


 

İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək <b style="color:red"></b>

İşçilərin icbari tibbi sığortası işəgötürənlər tərəfindən təmin ediləcək.

Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə yeni maddə ("Maddə 307-1. İşçilərin icbari tibbi sığortası) əlavə edilib. Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 





28.10.2020    çap et  çap et