525.Az

Mərkəzi Banka yeni səlahiyyət verilir


 

Mərkəzi Banka yeni səlahiyyət verilir <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.

Bu, Milli Məclisin dünən keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Tibbi sığorta haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 





28.10.2020    çap et  çap et