525.Az

AMEA Naxçıvan Bölməsində "Qarabağ Azərbaycandır!" virtual sərgisi


 

AMEA Naxçıvan Bölməsində "Qarabağ Azərbaycandır!" virtual sərgisi <b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında "Qarabağ Azərbaycandır!" adlı sərgi təşkil edilib.

Sərgidə "Qarabağ düyünü", "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri", "Azərbaycanın Qarabağ bölgəsinin tarixi", "Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Qondarma erməni soyqırımı və tarixi həqiqətlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində", "Qarabağnamələr", "Dağlıq Qarabağın tarixindən sənədlər", "Qarabağ desyasi" və digər bu qəbildən olan kitabların elektron versiyaları yer alıb.

Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara ürəkdən sevinir. Rəşadətli Milli Ordumuzun qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inanır.

 





28.10.2020    çap et  çap et