525.Az

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına əlavələr edildi


 

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına əlavələr edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri) də xidməti pasport almaq hüququ olan vəzifəli şəxslər sayılacaq.

Həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri də Xidməti pasport almaq hüququna malik olacaq.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları da xidməti pasport almaq hüququna sahib olacaq.

 





29.10.2020    çap et  çap et