525.Az

Mülki bölgələrə raket atılması AŞPA komitəsinin gündəliyinə salınıb


 

Mülki bölgələrə raket atılması AŞPA komitəsinin gündəliyinə salınıb<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

APA-nın məlumatına görə, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir:

“Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”.

Komitə sədri bəyanatda, həmçinin, münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını da qeyd edib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib.

 





30.10.2020    çap et  çap et