525.Az

Azərbaycan Avropa Məhkəməsinə müraciət etdi


 

Azərbaycan Avropa Məhkəməsinə müraciət etdi<b style="color:red"></b>

“Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, güclü sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib:

“Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi - həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycanın müraciəti cavablandırılacaq”.

 





30.10.2020    çap et  çap et