525.Az

"Bu cinayətlərin törədilməsində birbaşa əlaqələr var" - Baş Prokuror


 

"Bu cinayətlərin törədilməsində birbaşa əlaqələr var" - <b style="color:red">Baş Prokuror</b>

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhədən uzaqda yerləşən şəhərlərinə raketlə zərbə endirməsi onların cəbhədə uğursuzluğu ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, bunu cəbhədə Azərbaycanın qazandığı uğurlar və şəhərlərimizə zərbə endirildiyi günlərin üst-üstə düşməsi də sübut edir:
 
“Bu cinayətlərin törədilməsində birbaşa əlaqələr var. Məsələn, oktyabrın 9-da Hadrut azad edilib, 9-da Ağdamın Kəmərli kəndinə, oktyabrın 11-də isə Gəncəyə raket zərbələri endirilib. 15-də Xocavənd və Füzuli rayonlarının kəndləri azad edilib, həmin vaxt Tərtərdə qəbiristanlığa zərbə endirilib, 4 nəfər qətlə yetirilib. Xudafərin körpüsü azad edilən zaman dərhal Tərtər rayonunun Cəmilli kəndini atəşə tutublar. Növbəti uğurlar zamanı Qəbələ və digər yaşayış məntəqələrinə zərbələr endirilib”.

 





30.10.2020    çap et  çap et