525.Az

“Terrora yox deyək!” adlı rəsm müsabiqəsi elan edilib


 

“Terrora yox deyək!” adlı rəsm müsabiqəsi elan edilib<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında “Terrora yox deyək!” adlı rəsm müsabiqəsi elan edir.

Azərbaycan ordusunun şanlı rəşadətini, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq habelə xüsusi istedada malik yeniyetmələri aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

• Müsabiqənin şərtləri:

Müsabiqə yeniyetmələr arasında keçirilir;
 
Rəsimlər A1 və ya A3  ölçülü vatman kağızlarda çəkilməli;
 
Müsabiqə iştirakçılarının yaş həddi 10-17 yaş;
 
Müsabiqəyə 2-dən çox olmamaqla rəsm əsəri təqdim edilə bilər.
 
Müsabiqənin müddəti rəsimlərin son qəbul tarixi 27 noyabr 2020-ci il.

• Mövzu:

Vətənpərvərlik.

• Qaliblərin seçilməsi və mükafatlandırılması:

Münsiflər heyəti tərəfindən 3 qalib seçiləcəkdir;
 
Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

• Rəsimlər elektron poçt ünvanına göndərilməlidir:

[email protected]
 
[email protected]
 
[email protected]

• Əlavə məlumat üçün əlaqə telefonu:

(012) 597-08-79

Aşağıdakı link vasitəsi ilə rəsm müsabiqəsi ilə yaxından tanış ola bilərsiniz:

http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html


 

 





30.10.2020    çap et  çap et