525.Az

“Ordumuzun silahlanmasında qadağan olunmuş silah və sursat yoxdur”


 

“Ordumuzun silahlanmasında qadağan olunmuş silah və sursat yoxdur”<b style="color:red"></b>

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - məlumatda qeyd edilib.

 

 





31.10.2020    çap et  çap et