525.Az

Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə yox, Bakıdadır


 

Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə yox, Bakıdadır<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Elçin Alıoğlu, jurnalist:

- Bu qoca qadını yəqin tanıdınız. Xocavənd rayonunun 85 yaşlı sakini Yevgeniya Babayandır. Oktyabrın 16-da onu əsgərlərimiz görmüş, maşına oturtmuş, Bakıya yollamışdılar. Bakıda da bu qoca qadına şəfqətlə yanaşdılar, hospitala yerləşdirdilər, qayğısını çəkdilər.

Nə də olsa, qocadır, ahıldır.

Sonra da İrəvana təhvil verdik.

Və Yevgeniya Babayan da bu gün deyib:

"Zirzəmidən çıxanda gördüm 10 əsgərdir. Məni zorla, vuraraq maşına oturtdular. Bakıya apardılar, orada üç polis idarəsində oldum. Hər yerdə mənimlə it kimi davrandılar. Su istədim, yarım fincan çay verdilər, masaya bir tikə qənd atdılar. İçmədim, dedim ki, it deyiləm, insanam.

Məni məcbur etdilər ki, videokameraya baş nazir Nikol Paşinyanın pis olduğunu deyim.

Vərəqdə olanları oxudum. Polis idarələrindən birində gördüm ki, iki erməni kişini döyərək öldürdülər".

Gecədir, gecdir.

Amma deyilənləri araşdırmaq üçün dövlət qurumları ilə, qoca Yevgeniya ilə təmasda olmuş adamlarla danışdım.

Erməni qarı yalan danışır.

Sərt, təhqiramiz heç nə yazmaq istəmirəm. Yenə deyirəm - qocadır, ahıldır.

Amma Yevgeniyanın 85 yaşı olsa da, o, ermənidir.

Ömrünün qürub çağında həyasızcasına yalan danışır.

Çünki öyrəşib, gözlərini açandan belə yaşayıb, belə düşünüb.

Yevgeniyanın davranışı hamımıza dərs olmalıdır.

Erməniyə əsla, amma əsla inanmaq olmaz.

Bu etnosa, bu millətə inanmaq ən böyük, ən acı səhvimiz olardı.

Şahin Cəfərli, siyasi şərhçi:

- Azərbaycan və Ermənistan beynəlxalq hüquqa uyğun savaşmaq barədə razılığa gəliblər. Cenevrə görüşünün əsas nəticəsi budur. Belə görünür ki, biz strateji xarakterli qələbə əldə etmədən dayanmaq istəmirik. Bu, Şuşa zəfəri və ya Laçın dəhlizinin nəzarətə götürülməsi ola bilər. İşğalçı isə onun onurğasını qıracaq və müharibəni faktiki olaraq bitirəcək bu tip məğlubiyyətə yol verməməyə, savaşın mövqe döyüşləri xarakteri alaraq uzanmasına çalışır. Məhz belə olan halda, o, masaya məğlub tərəf kimi deyil, nisbətən bərabər səviyyəli tərəf kimi otura biləcəyini hesablayır.

Azər Qasımlı, siyasətçi:

- Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərilə görüşləri başa çatdı. Atəşkəs imzalanmadı (çağırış edildi). Lakin tərəflər mülki obyektləri hədəf almayacaqlarına dair anlaşdılar.

Nəticə:

- Türkiyənin masada olmadığı danışıqların artıq perspektivi bulanıqdır.

- Fundamental olmayan və nəzarət mexanizmi mövcud olmayan istənilən anlaşmanın pozulma ehtimalı olduqca yüksəkdir.

Bir sözlə, Cenevrə görüşü nəticəsiz bitdi.

Yaşasın Azərbaycan Ordusu!

Rövşən İbrahimov, politoloq:

- Azərbaycan dövlətdir - institutlaşıb, sistemləşib. Baxın, azad edilən torpaqlarda həmən komendaturalar yaradılıb, infrastruktur qurulur: yol, işıq, qaz, rabitə. Müharibə hələ bitməyib. Diqqət etmisinizsə, alınan qənimətin həmən inventarizasiyası gedir, tutulan maşınlara plomb vurulur. Azad olunan yerlərdə bayraqlar yüksəldilir, panolara isə Azərbaycan bayrağının xüsusi hazırlanmış yapışqanlı rəsimi yapışdırılır. İndi qərara alınıb ki, Azərbaycana dəyən ziyan hesablansın və işğal ərazilərdə qanunsuz xarici şirkətlər izlənsin. Dövlət belə işləyər. Ermənistanın şansı var?

Qulu Məhərrəmli, telejurnalist:

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrləri ilə Cenevrədə uzun sürən gərgin görüşlərinin ƏSAS nəticəsi:

- Heç bir sənəd imzalanmadı, nəticə olmadı!   

- İndiki şəraitdə problemin siyasi həlli yoxdur!

Əsas qənaət: Diplomatlar arada görüşüb-danışmalı, ORDU isə öz işini görməlidir!

Əlavə təfərrüatlar: Atəşkəs imzalanmadı, sadəcə, buna çağırış edildi; rahat işləməsi üçün tərəflər Qırmızı Xaça şərait yaratmaq və mülki obyektləri hədəf almamaq barədə anlaşıblar.

Cenevrə danışıqları onu da göstərdi ki:

- Azərbaycanın siyasi təzyiqlərə müqaviməti xeyli artıb və indi daha dirənişlidir.

- Ermənistan təkcə hərbdə yox, diplomatiya sahəsində də çətin vəziyyətdədir.

- ABŞ Qarabağ problemi ilə məşğul olmağa həvəsli deyil, təklifləri spontandır.

- Ciddi və əsaslı nəzarət mexanizmi olmayan istənilən anlaşma pozulacaq.

- Münaqişəni həll edə biləcək tərəflər yalnız Rusiya və Türkiyə ola bilər.

- Azərbaycan hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir!

Esmira Qasımova, jurnalist:

- İki dəqiqə əvvəl Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısından Azərbaycan, Rusiya və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı yürüşə başladı. Qabaqlarında da müşayiətedici yol polisi maşını ilə. 

P.S. Siz lağ edin, deyəsən, həqiqətən də kəndlərdən birinə Putinabad adı qoyacağıq. Dövlətin işlərinə qarışmaq istəmirəm. Bir bildiyi var. Vaxtilə elə Azərbaycanın Gürcüstandakı kilsələri pulsuz qazla təmin etməsinə də qarşı çıxırdıq. Zaman göstərdi ki, haqsız olmuşuq. Həmçinin, 2016-cı ildə İranla Xudafərin su qovşağı ilə bağlı iki sazişə görə də hökumətə deyilməyən qalmadı. Amma məhz bu günümüz üçün imiş. Əjdaha qardaş özü bilir her şeyi.

Arif Hacılı, Müsavat Partiyasının başqanı:

- Ermənistanın dövlət rəhbəri hərbi dəstək, döyüş əməliyyatlarının dayandırılması üçün növbəti dəfə Rusiya prezidentinə müraciət edib və rədd cavabı alıb. Paşinyan hərbi əməliyyatların dayandırılması üçün Vladimir Putinə yox, İlham Əliyevə müraciət etməlidir. Atəşkəsin şərtləri elan olunub. İndi bu vəziyyətdən ən düzgün çıxış yolu Azərbaycan tərəfinin bu şərtlərinə əməl etmək, silahlı birləşmələri işğal edilmiş ərazilərdən çıxartmaqdır.

Paşinyana mesajım: Müharibənin taleyi həll olunub və nəticənin necə olacağı hər kəsə bəllidir. Bundan sonra müqavimətin davam etdirilməsi bu nəticəni dəyişdirməyəcək.

Hərbi, siyasi və milli mənafelər baxımından əhəmiyyətsiz olan bu müqavimətin davam etdirilməsi nəticəsində çoxsaylı insan tələfatına və iqtisadi potensialın məhv edilməsinə görə tarixi məsuliyyət Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin üzərində qalacaq.

Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə deyil... Bakıdadır.

Sabir Rüstəmxanlı, milli məclisin deputatı: -Gürcüstandan, əzizlərimiz yaşayan doğma Qaraçöp mahalından Azərbaycanın şanlı ordusuna yardım gətirən maşın karvanını görəndə gözüm doldu. Məni millətin birliyi və gücünü görmək qədər xoşbəxt edən və təsirləndirən başqa bir şey yoxdur! Eşq olsun Gürcüstan türklərinə, eşq olsun Qaraçöplü qardaşlarımıza!

Zəlimxan Məmmədli, "Borçalı" Cəmiyyətinin sədri:

- Bakıdakı Rus icması Azərbaycan, Türkiyə, Rusiya bayraqları altında ordumuza dəstək aksiyası keçiriblər. Səhv etmirəmsə, icma tərəfindən son 30 ildə ilk dəstək aksiyasıdır. Təqdir edirəm. Bunu TÜRK-SLAVYAN əməkdaşlığına ilk addım hesab etmək olar. Güman ki, Rus icması bu addımı özbaşına atmır. Erməni kartı işlənmiş, yararsız, istismara yaramayan məhsula çevrilib. Rusiya Türkiyə arasında əməkdaşlıq gələcəkdə Bakı mərkəzli böyük birliyə də çevrilə bilər. Bunun üçün Rusiya isğalçılıq siyasətindən imtina etməli, bərabər əsaslı, qarşılıqlı faydalı əməkdaşlığa önəm verməlidir. 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Paşikin son bir aydakı sayıqlamaları arasında "remedial secession" (xilas naminə ayrılma) çağırışı çox tez-tez səslənir. Görünür bu beynəlxalq termini təzə öyrənib. İstəyi budur ki, dünya birliyi Azərbaycan dövlətinə qarşı qiyam qaldıran, işğalçılıq və etnik təmizləmə siyasəti yürüdən erməni separatçılarını xilas etmək üçün onları Dağlıq Qarabağ adlı bir qoruqda ayrıca saxlayıb bəsləsin. Eybi yox, bizim qəhrəman ordu da "remedial union" (xilas naminə birləşmə) formulu təklif edir -yəni buyursunlar, Azərbaycanın tarixi torpaqlarını tərk edib heç bir dəyəri olmayan vücudlarını haqlı cəzadan qurtarmaq üçün gedib "Ana Ermənistana" birləşsinlər. Üstəlik də şüarları əvvəldən elə "Miatsum" - yəni "Birləşmə" idi.

İntiqam Valehoğlu, jurnalist:

- Bu, Xoşqədəm Hidayətqızını linç etmək yox, məşhur ad, sima üzərindən etnik zəmində düşmənçilik yaratmaq cəhdidir. Bu cəhd hələ 20-25 gün əvvəl də var idi, amma bacarmadılar. Səhərdən həmin videonu 5 dəfə ələk-vələk eləmişəm, talış sözü yoxdur. Əksinə milli birlikdən bəhs edilir. Bunu təşkil edən adamlar çox yaxşı bilirlər ki, Azərbaycanda talışla ləzginin, kürdlə tatın, avarla rusun, türkün (azərbaycanlının) hüquqları bərabərdir. Həmişə belə olub və olacaq. Çox xahiş edirəm, küyə getməyin. Bu günlərdə birliyə daha çox ehtiyacımız var. Qısası, dava Xoşqədəm davası deyil, ayıq olun!

P.S. Kimsə tərəf tutduğumu düşünürsə, arxiv yazılarımı oxuya bilər. X.Hidayətqızını ən çox tənqid edənlərdən biri olmuşam və ehtiyac olarsa, yenə tənqid edəcəyəm. Amma indiki halda bu, bir tələdir, tələyə düşməyək!

 





03.11.2020    çap et  çap et