525.Az

“39 il sonra Fransa müsəlman ölkəsi olacaq” (VİDEO)


 

“39 il sonra Fransa müsəlman ölkəsi olacaq”<b style="color:red"> (VİDEO)</b>

Vatikanda Ədalət və Sülh Konqresi naziri Kardinal Peter Turkson Ruhani məclisi “Sinodo” da təşkil olunan görüşdə İslam dininə qarşı hazırladığı 7 dəqiqəlik videosunu nümayiş etdirib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkson 2026-cı ildə Avropanın müsəlmanlarla müqayisədə azlıqda qalacağını söyləyərək 39 il sonra Fransanın müsəlman ölkəsi olacağı haqda proqnoz verib. O, bildirib ki, indidən bunun qarşısını almaq lazımdır. İslam əleyhinə çəkilən videonu 242 din xadimi izləyib.

Onlar dinə qarşı təşkil olunan bu tip addımların gərəksiz olduğunu söyləyərək dinlərarası müharibəni pisləyiblər: "İslam diniylə çəkişməyi saxlmaq lazımdır. Kilsə uzun müddətdir ki, İslam diniylə dialoqlara girir. Bu söylənilənlərə ehtiyac yoxdur. Dinlərarası münaqişlər yaratmayın".

Tənqidlərə məruz qalan Türkson sonrakı görüşdə din xadimlərindən üzr istəyərək fikirlərinə görə peşman olduğunu söyləyib. 
 
Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et