525.Az

Ulduzlar xoşbəxtdirmi?


 

Ulduzlar xoşbəxtdirmi?<b style="color:red"></b>

Yapon incəsənəti sözü axıradək deməməklə çox söz demək vəzifəsini öz üzərinə götürüb”.
V.Ovçinnikov

Kino ulduzu dedikdə, nədənsə, hər şeydən əvvəl cazibədar qadın gözəlliyi gəlir göz önünə. Bəlkə , bir həqiqətdir ki, “ulduzlargözəl doğulurlar. Bu sözləri populyar yapon kinoaktrisası Komaki Kurixaraya da aid  etmək olar. Aktrisanı milyonlara sevdirən yalnız zahiri gözəlliyi deyil, həm onun mənəvi zənginliyi, istedadı, işgüzarlığıdır. O, bir çoxlarından fərqli olaraq, sənət karyerasını özünün təkrarsız cazibədarlığı, gözəlliyi üzərində qurmayıb. Bu mehriban, xoşxasiyyət, zərif yapon qızı ulduzlar səltənətinə uzanan çətin, keşməkeşli yolu yalnız bacarığı, istedadı ilə keçib. Tamaşaçılar Komakinin səhnədə ekranda yaratdığı bir-birindən fərqli, bir-birindən maraqlı obrazların, oynadığı rolların sorağındadırlar.

Bu vaxtadək onu yalnız ekranlardan görsəm , köhnə tanışlar kimi söhbət edirik. Bu hissi məndə oyadan Komakinin hər bir hərəkətində, davranışında yaponluğunu saxlaması idi. Yapon qızları həmsöhbətlərinə qarşı son dərəcə diqqətli, nəzakətlidirlər. Ümumiyyətlə, yaponların söhbəti daha çox ritualı xatırladır, danışanda  nəzərlərini bir-birlərinin üzünə dikməkdən çəkinirlər, bunu mən müsahibimin davranışında da hiss edirdim. Gözlərini gözlərimdən yayındırmağa çalışsa da, məni diqqətlə dinləyir, suallara tələsmədən, nəzakətlə cavab verirdi. Aktrisanın söylədiklərindən mən müsahibimin həyat yaradıcılığı haqqında məlumat almaqla yanaşı, həm müasir yapon kinosu barədə onun fikir düşüncələrini öyrənməyə çalışırdım.

Azərbaycan tamaşaçıları Komakini Aleksandr MittanınMoskva məhəbbətim mənim”, Sergey SolovyovunBəyaz gecənin melodiyalarıEkipajfilmlərindən tanıyırlar. Rejissor MittaMoskva məhəbbətim mənimfilminə Komakini təsadüfi dəvət etməmişdi. Kurixara bu film üçün əsl tapıntı idi. Aktrisa deyir: “Moskva məhəbbətim mənimfilminə dəvət almağım məndən ötrü gözlənilməz idi. Doğrusu, vaxtsa rus filmlərində çəkiləcəyimi ağlıma gətirmirdim. Filmin çəkilişinə ciddi hazırlıq gedirdi, Bolşoy teatrda mənimlə balet məşqləri aparırdılar.  Rus dilini öyrənirdim. Deyim ki, rus dilinə, rus mədəniyyətinə məndə əzəldən maraq vardı, Tolstoyu, Dostoyevskini, Çexovu çox oxumuşam. Rusiya mədəniyyətilə bağlı tədbirlərdən qalmıram. Planetin ilk kosmonavtı Yuri Qaqarin o vədə Tokioya gələndə ona çiçək vermişdim...” Maraqlıdır ki, Komakinin ofisi Tokionunruslar məhəlləsideyilən yerindədirbir vaxtlar məşhur  kəşfiyyatçı, həmyerlimiz Rixard Zorge yaşayan küçənin iki-üç addımlığında. Komaki dedi ki, yapon ədəbiyyatının çoxmillətli sovet xalqı arasında yayılmasında rus dili önəmli rol oynayır. Yasunari Kovabatanı, Murakamini, Oeni, Kobo Abeni burda yaxşı tanıyırlar... Onun sadaladığı yazıçılardan Kobo Abe hələ 60- illərin ortalarında Bakıda olmuşdu.

Komakinin nisgilli xatirələri o qədərdi ki, danışmaqla bitməz. Deyir: “Moskva məhəbbətim mənimfilminin çəkilişinə başlayandaRossiyaotelinin qapısı ağzında uğur rəmzi kimi boşqab sındırdıq, xatirə olaraq hərə bir qırıq götürdü. O boşqab qırığını əziz xatirə kimi saxlayıram.  Moskva məhəbbətim mənimfilminin yaradıcılığımda xüsusi yeri var. Qəhrəmanımın taleyini yaşamaq, onun daxili aləminə varmaq, keçirdiyi hissləri canlandırmaq mənə elə   asan deyildi, çəkiliş meydanındakı ab-hava, tərəf-müqabillərimin rejissorun təmkini məndə özümə olan inamı artırdı”.

Moskva məhəbbətim mənimfilmi Komakidən ötrü həm bir sınaq idi, o, sınaqdan uğurla çıxdı bunun nəticəsi idi ki, aktrisa sonradan yeni rus filmlərinə dəvət aldı. Başlıcası bu idi ki, Kurixara oynadığı obrazların həyatını, onların hiss həyəcanını daxilən yaşamağı bacarır. AktrisaMoskva məhəbbətim mənimfilmindəki Yuriko surəti ilə bunu bir daha sübut etmişdi.

Yaponiyalı balerina Yurikonun Moskvaya, Böyük Teatra yaradıcılıq təcrübəsinə gəlməsi, gənc heykəltəraş Volodya (Oleq Vidov) ilə məhəbbətinin faciəli sonu filmin süjetini təşkil edir. Uşaqlıqdan tutulduğu şüa xəstəliyi Yurikoda tədricən  özünü biruzə verir. Amerikanların Hirosima   Narasakiyə atom bombası atdıqları vaxtdan uzun illər keçsə , bu dəhşətli silahın nəticələrindən Yaponiyada indi ölənlər olur. Böyük arzularla yaşayan Yuriko da  bu qurbanlardan biridir. Filmin yaradıcıları aktual  bir mövzuya toxunurlar. Adama elə gəlir ki,  Yuriko rolunda başqa aktrisa çəkilsəydi, film adicə melodram çərçivəsindən kənara çıxa bilməzdi. Balerina Yuriko obrazını bütün dolğunluğu ilə canlandırmaqda Komakiyə Tokio balet məktəbini bitirməsi, şübhəsiz, ciddi təsir etmişdi. Qəribə təsadüfdürKomaki Yaponiyaya atom bombası atılan ildə anadan olub.

Sergey SolovyovunBəyaz gecənin melodiyalarıfilminin süjeti ayrı-ayrı ölkələrdən olan iki gəncin məhəbbəti ilə bağlı hadisələr üzərində qurulub. Mövzu yaxınlığına baxmayaraq, Komaki  hər iki filmdə canlandırdığı obrazların fərdi xüsusiyyətlərini, mənəvi dünyasını ustalıqla aça bilir.

Yaponiyada çəkiliş prosesi bir qədər fərqlidir. Məsələn, aktyor filmin bəstəkarını tanımır, onun üzünü görmür. Musiqi çəkiliş bitdikdən sonra bəstələnir. Rus filmlərində isə əksinədir, musiqi bəstəsi çəkiliş ərəfəsində, demək olar ki, paralel şəkildə aparılır. Komaki buna çox böyük önəm verir  deyir ki, bəstəkar İsaak ŞvartsBəyaz gecənin melodiyalarıfilminin musiqisini yazdıqca onları mənə dinlədirdi. Mən ilk dəfəydi ki,  belə şəraitinə düşürdüm deyim ki, bu çox da xoşuma gəlirdi. Oynadığım obrazın roluna girməkdə musiqi mənə çox kömək etdi o musiqi parçaları indi mənim yadımdadır.

Aktrisa öz üzərində yorulmadan çalışır, dediyinə görə, onun adi günü çox vaxt 12-14 saatdan az olmur. Məşqlər, yaradıcılıq görüşləri, çəkiliş, teatrKomakinin hər günü beləcə gərgin keçir. Ancaq bu gərginlik onu yormur. Bir çoxlarından fərqli olaraq, Komaki sənətdə asan yol axtarmır çətinlikdən zövq almağı bacarır. Bax, elə ona görə Komaki Kurixaranın öhdəsindən gələ bilmədiyi, bacarmadığı rol yoxdur. Onun yaradıcılıq diapazonu olduqca genişdir. Rejissor İmaininTərbiyə oyunu”, TodanınTəpədəki əncir ağacıfilmlərinin müvəffəqiyyət qazanmasında bir aktrisa kimi Komakinin rolu az olmayıb.

Yaponiya ənənələr ölkəsidir. Milli teatrın bu gün populyar olması, sevilməsi yaponların bu qədim sənətə sönməz məhəbbətindən irəli gəlir. Müasir dövrdə kino televiziya ilə çətin rəqabətdə belə, teatr öz populyarlığını saxlayır. Yapon tamaşaçıları teatr səhnəsindən Avropa klassiklərinin, müasir yazıçıların əsərləri ilə tanış olurlar. Komaki belə əsərlərin səhnələşdirilməsində az iştirak etməyib. “Hamletdəki Ofeliya, “Üçüncü Riçarddakı Anna, “Otellodakı Dezdemona, “Üç bacıdakı İrina, “Anna Kareninadakı Anna digər rolları ilə tamaşaçı qəlbinə asanlıqla yol tapıb, sevilib.

ÇexovunAlbalı bağıəsərini səhnələşdirmək üçün tanınmış rejissor A.Efros Yaponiyaya dəvət edilmişdi. Komaki xatırlayaraq deyir: “Yaponiyada Çexov yaradıcılığına sonsuz maraq var. “Albalı bağıəsəri çox populyardır. Efros Ranevskaya rolunu mənə təklif edəndə, doğrusu, inanmadım. Bu, məndən ötrü əsl xoşbəxtlik idi”.

Onun yaradıcılığı kinodan daha çox teatrla bağlıdır. İşlədiyi teatr xüsusidir. “Hayn-za” – “Aktyorlar teatrıadlanır. “Hayn-zaölkənin mütərəqqi teatrlarındandır. Teatr Komaki üçün həyat deməkdir o, bütün varlığı ilə səhnəyə bağlıdır. Digər sənət adamları kimi, Komaki öz populyarlığını,  səhnə formasını qoruyur, bunları itirmək çox şeyi itirmək deməkdir. Əmək haqqını da yalnız oynadığı rola, işinə görə verirlər. Teatr aktyorun  əlavə qazanc yeri reklam çəkilişləridir, kinodur. Aktrisa otuzdan çox filmdə çəkilib, onun ekran qəhrəmanları da teatrda olduğu kimi tamaşaçılara yaxındır, doğmadır. Komaki teatrda da, kinoda da özünü sevdirməyi bacarır aktrisanın özünü sevdirə bilməsi isə yaratdığı obrazları, personajları sevdirə bilməsi deməkdir. Onun qəhrəmanları məhəbbətə, sevgiyə sadiq olan, həyat eşqilə yaşayan qızlar, qadınlardır. Müasir dövrdə yapon kinosunda müxtəlif cərəyanların, mövzuların, açıq-saçıq səhnələrin yer aldığı bir vaxtda Komaki bu təsirlərdən uzaqdır. Onun qəhrəmanları mənən saf nəcibdirlər. Bu baxımdan, Komakinin Keya KumaininSinobuqava restoranıfilmindəki rolu səciyyəvidir. Bu film Yaponiyada 1972-ci ilin ən yaxşı ekran əsəri kimi qiymətləndirilmişdir. Filmin müvəffəqiyyət qazanmasında  baş rolun ifaçısı kimi Komakinin zəhməti az deyil. Komaki bu filmdə xörəkpaylayan Sino obrazını yaradıb. Sino ucuz bir restoranda işləyir. Bir dəfə o, tələbə Tesura ilə tanış olur. Gənclər bir-birlərini sevirlər. Rejissor Keya gənclərin problemlərlə dolu həyatını ustalıqla təsvir edir, onların uşaqlıq illərinin acı xatirələri canlanır ekranda.

Bəlkə bu iki gənci yaxınlaşdıran onların keçmişinin oxşarlığı, eyniliyidir. Həyatın çətinliklərini, ağrı acısını hələ lap kiçik yaşlarından dadmış Sino Tesura indi özlərini xoşbəxt sayırlar. Uşaqlıq illəri acınacaqlı keçsə , artıq hər şey geridə qalıb. Sino milli geyimdəkimonoda gözəl cazibədardır onu daha da cəlbedici, yaraşıqlı göstərən isə həm daxili gözəlliyi, saflığıdır. Bu rol Komakinin yaradıcılığı üçün çox xarakterikdir. Rejissor MarikavanınGəncliyimin gözəl günlərifilmində isə Komakinin yaratdığı Keyo Komiyo obrazı bir çox fərdi xüsusiyyətlərinə görə Sinodan  fərqlənir. Keyko Komiyo həyatda daha mübarizdir. Varlı bir qəzet sahibi Keykonu güclə ona ərə getməyə vadar edir. Əvvəlcə o, həqiqi simasını gizlətməyi bacarır, dondan-dona girir, məqsədinə çatandan sonra isə əsl üzü açılır, məlum olur ki, qadın onun üçün əşyadan başqa bir şey deyil. Hətta o,  fikrini açıqca bildirməkdən belə çəkinmir. Keyko isə ərinin əksinə olaraq, tamam başqa təbiətli adamdır. Əlbəttə, o, həyat yoldaşının məhəbbətinə, sevgisinə qarşı birə-beş cavab verə bilər, onu qiymətləndirərdi, amma ərinin simasızlığı, qəddarlığı onda ikrah hissi oyadır. Adətən, yapon qadınları ərlərinə qarşı çox diqqətli, itaətkardırlar. Bu, yapon əxlaqıdır. Saf ülvi məhəbbətinin qarşılığını, cavabını  görməyən Keyko özündə bu qəddarlığa qarşı bir qüvvə hiss edir, qarşıda onu yeni həyat gözləyir. Bu filmdə Komaki özünəməxsus oyunu ilə fərqlənir. Hansı rolda oynayırsa-oynasın, Komakinin qəhrəmanları ona doğmadır.

    Yaponiyada çəkilən filmlərin əksəriyyəti təəssüf ki,  həyat hadisələrindən, mövcud problemlərdən kənarda qalır, – Komaki Kurixara deyir. – İl ərzində ölkədə çəkilən yüzlərlə filmdən çoxu sadəcə olaraq pornoqrafiyadır. Kinoteatrlarda Amerika filmləri üstünlük təşkil edir bu filmlərin yapon kinosuna təsiri açıqca duyulur. Ölkədə problemlər çoxdur: işsizlik, cinayətin artmasıbütün bunlar yalnız mütərəqqi  kinematoqrafçıları narahat edir, düşündürür.

Bir çox sənətkarlar dünya kinosunun böhran içərisində olduğu fikri ilə barışmaq istəmirlər. Bəlkə , onlar üçün həyatlarını həsr etdikləri bir sənəti itirməkdən qorxunc, dəhşətli heç yoxdur. Ancaq etməli? Yaponiyada da tamaşaçıların, təbii ki, bununla əlaqədar kinoteatrların, filmlərin sayının azalması kinematoqrafçıları narahat etməyə bilməz. Bu gün  kinonu düşdüyü böhrandan xilas edə bilər? Hələlik, bu sual cavabsız qalır. Ancaq ümidsizliyə qapılmaq da doğru olmazdı. 70-ci illərdə kinodaçəhrayı dalğanınpornoqrafiya, karate filmlərinin, necə deyərlər, partlayış yaratması, sürətlə yayılması müəyyən dövrdə kinonu yenidən diqqət mərkəzinə gətirdi. Pornoqrafiya filmləri televiziyada göstərilmədiyindən tamaşaçılar kinoteatrlara  axışırdılar. Televiziya əsasən reklam hesabına yaşayırsa, kino yalnız satılan biletlərdən gələn pulla dolanır.

Bu gün bir vaxtlar dəbdə olan şəhvət filmlərinə münasibət dəyişmişdir. – Komaki deyir: – Bu, kinoda ötəri bir cərəyan idi. Küçə xiyabanlarda bu cür filmləri tanıdan reklamlar da gözə dəymir. Əsl sənətkarlar, mütərəqqi fikirli kinematoqrafçılar mövcud çətinliklərə baxmayaraq, öz sözlərini deməkdən çəkinmirlər. Koxey OqurininBulanıq çay”, Taku TinzonunOkinavalı oğlan”, Kaneta SindonunBu gün yaşayıb, sabah ölməli digər filmlər müasir Yaponiyanın mövcud problemlərinə toxunur. Yutaka Osavanın çəkdiyiMüəllimfilminin qəhrəmanı ilə mənim Yurikomun faciəli taleyi arasında oxşarlıq var. Bu filmdə əsərin qəhrəmanı gənc qadın həyatının çiçəkləndiyi bir vaxtda şüa xəstəliyindən məhv olur.

Yaponiyada sənət adamları bu mövzuya dəfələrlə müraciət etmişlər. Hirosima Narasakiyə atılan atom bombalarının dəhşətlərini, faciəsini göstərən ilk ekran əsəriHitieysənədli filmi olub. Film atom bombalarının partlayışından sonra  çəkilib, ancaq bu kino lenti nədənsə, uzun  illər ekran üzü görməyib. 1950-ci ildəNaqasaki zəngləriadlı bədii filmi çəkilsə , rejissor atom faciəsini tam kəskinliyi ilə aça bilməmişdi, çünki amerikan işğalı vaxtı buna yol verilmirdi. O vədə Amerikanı tənqid etmək  qəti qadağan idi. Bu film Naqasaki tibb kollecinin keçmiş professoru, filmin çəkilişindən bir il sonra şüa xəstəliyindənleykemiyadan ölmüş Takasi Naqainin memuarı əsasında yaradılmışdır.

Komaki deyir ki, 1952-ci ildə Amerikanın Yaponiya üzərindəki işğalı götürüləndən sonra yapon tamaşaçılarının gözləri qarşısında atom faciəsi yenidən canlandı yalnız sənədli deyil, bədii filmlərin toxunduğu aktual mövzuya çevrildi. Mütərəqqi kino sənətkarlarından Kaneta Sindo 1952-ci ildə çəkdiyiHirosimanın uşaqlarıfilmində atom faciəsini yaşamış yaponların həyatını bədii canlı boyalarla təsvir edir. Bir il sonra isə Xideo SekiçavanınHirosimafilmi ekranlara çıxır. Bu filmin çəkilişinə Yaponiya müəllimlər ittifaqı maliyyə yardımı göstərmişdir. Sonradan da yapon kinematoqrafları bu mövzuya dəfələrlə müraciət etmişlər. Görünür, qədər atom təhlükəsi mövcuddur, yapon kinematoqrafçıları bu mövzunu unutmayacaqlar. Komaki Kurixara deyir ki, yapon sənətkarlarının narahatlığı bütün bəşəriyyətin, insanlığın narahatlığı, təşvişidir. Amerikalı bir nəfər Kaneto SindonunHirosimanın övladlarıfilminə baxdıqdan sonra demişdir: “Əgər mən dünya hökmdarı olsaydım, bu filmi bəşəriyyətin, insanlığın icbari dərs vəsaiti edərdim!”

İyirminci əsr kino sənətində dərin iz qoymuş Akira Kurosava, Kaneto Sindo, Sasuo Yamamoto kimi mütərəqqi sənətkarlar üçün həqiqi kinematoqraf daimi axtarış demək idi. Realist kinorejissor tənqidçi Akira Kurosava yazırdı: “Yapon filmləri yapon simasının kino təcəssümüdür. Bu sima isə qəmgin , şən , fikirli , qayğılı da olur. Ancaq hansı ifadəni yaşayırsa-yaşasın, bu, yapon simasıdır”.

Ölkədə tərəqqipərvər sənətkarların ekran əsərlərindən nəinki avropalılar, bəzən yaponların özləri onlara məlum olmayan yeni bir dünya kəşf edirlər. Bu, humanizmi hər şeydən üstün tutmağı bacaran, həyatın keşməkeşlərindən keçib yaşayan yaşamaq istəyən insanların dünyasıdır. Bu insanları səhnədə, ekranda yaşadan, onların həyatını yaşayan sənətkarlardan biri Komaki Kurixaradır. Komakinin  ekran qəhrəmanları bir-birindən fərqlənir, ancaq onları hardasa ümumi məziyyətlər birləşdirir: bu, yapon qadınının zəngin mənəviyyatı, psixologiyasıdır, yapon xarakteridir.

Komaki Kurixaranın ekrandakı obrazlara münasibəti necədir? – soruşuram.

Həm kinoda, həm teatrda oynadığım rolların, personajların hamısı mənə əzizdir, – deyir. – Onlar arasında elələri var ki, taleləri mənim həyatıma bənzəyir mənə elə gəlir öz taleyimi yaşayıyam səhnədə, ekranda.

Doğrusu, bir az tərəddüd edirdim, bir halda ki, söhbəti özünüz saldınız... – sözümün ardını gətirmədim.

Şəxsi həyatımı nəzərdə tutursunuzsa, onu deyə bilərəm ki, Tokioda yaşayıram... – dedi. Nədənsə fikrini tamamlamadı...

Söhbət boyu onun yaraşıqlı sifətində yalnız təbəssüm gördüm. Təbəssüm yapon qadınlarında həmsöhbətinə hörmət əlamətidir onlar ən çətin, kədərli anlarda belə nəzakətlə gülümsəməyi bacarırlar.

Xudahafizləşəndə Komaki yapon qızlarına xas nəzakətlə əllərini sinəsində cütləyib başını yüngülcə əydi.

Bir-iki addım atmağa macal tapmamış fotoreportyorların əhatəsinə düşdü. Çöhrəsindəki mülayim, sirli təbəssüm ona yönəlmiş obyektivlərdən süzülərək fotolentlərə köçdü.

Dünyanın məşhur kino ulduzları jurnalistlərinXoşbəxtsinizmi?” sualından nədənsə həmişə çəkiniblər. Maraqlıdır, görəsən, sənət kəhkəşanında bərq vurub sayrışan sitarələr arasında öz işığı, şəfəqi ilə seçilən bir ulduzKomaki Kurixara bu suala necə cavab verərdi?..

 

 





10.02.2014    çap et  çap et