525.Az

Tünzalə Ağayevanın verilişi TRT Avaz-da yayımlanacaq


 

Tünzalə Ağayevanın verilişi TRT Avaz-da yayımlanacaq<b style="color:red"></b>
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “Bir səsin cazibəsi” adlı müəllif proqramıyla TRT Avaz-da ekranlara gələcək.

Tünzalə Ağayeva ofsunlayıcı səsi ilə TRT Avaz izləyicilərinə musiqi ziyafəti verəcək. Proqrama Türkiyədən eləcədə dünyadan sevilib-seçilən sənətçilər dəvət ediləcək.  Cazdan-pop musiqisinə qədər bütün janrlarda musiqilər TRT Avaz vasitəsi ilə ekranlarınıza gələcək. TRT Müzik kanalına məxsus olan “Bir səsin cazibəsi’’ proqramı TRT Avazda 12 Fevral Bakı saatıyla 19.40 yayımlanacaq. Proqramın təkrarı 15 Fevral 03.30 da ekranlara gələcək. 
 





10.02.2014    çap et  çap et