525.Az

Əyyub Quliyev Macarıstanıda mükafata layiq görülüb - Foto


 

Əyyub Quliyev Macarıstanıda mükafata layiq görülüb - <b style="color:red">Foto</b>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın yüksək dövlət  mükafatı sayılan "Qızıl Xaç" ordeni ilə təltif olunub.

525.az xəbər verir ki, bu barədə Macarıstanın Prezidenti Ader Yanoş və Baş nazir Viktor Orban sərəncam imzalayıblar.

Sərəncam Macarıstan Müstəqillik günü ərəfəsində - 21 oktyabrda imzalanıb. Təltif olunmuşlar sırasında  Macarıstan və eyni zamanda, dünyanın bir çox ölkələrindən görkəmli elm və mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan tanınmış yazıçılar, musiqiçilər və rəssamlar var.

Dirijor Ə.Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlar və Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafında verdiyi xüsusi xidmətlərinə görə layiq görülüb.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.

 





17.11.2020    çap et  çap et