525.Az

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb


 

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb <b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865,6 min ton, yük dövriyyəsi isə 6 972,3 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23 faiz və 15,5 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, yüklərin 16 621,7 min tonu və ya 55,7 faiz avtomobil nəqliyyatı, 9 532,7 min tonu və ya 31,9 faiz dəmir yolu nəqliyyatı, 3 711,2 min tonu və ya 12,4 faiz dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 20,4 faiz və ya 6 095,3 min tonunu tranzit yüklər təşkil edib.

 





18.11.2020    çap et  çap et