525.Az

Bu il 106 mindən çox yeni iş yeri açılıb, 18 minə yaxın iş yeri bağlanıb


 

Bu il 106 mindən çox yeni iş yeri açılıb, 18 minə yaxın iş yeri bağlanıb <b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 106,2 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektorunda açılıb.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların, o cümlədən, 9 faizi Aran, 7,5 faizi Lənkəran, 5,4 faizi Gəncə-Qazax, 2,2 faizi Abşeron, 2,2 faizi Dağlıq Şirvan, 1,6 faizi Yuxarı Qarabağ, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 35,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 21,4 faizi tikinti, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi informasiya və rabitə, 10,1faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2020-ci ilin doqquz ayı ərzində ölkədə 17,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 26,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 16,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 83,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

 





18.11.2020    çap et  çap et