525.Az

Vətən müharibəsinin zəfəri təhsil müəssisələrində qeyd olunub


 

Vətən müharibəsinin zəfəri təhsil müəssisələrində qeyd olunub<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən müharibəsinin şanlı zəfəri ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.

525.az xəbər verir ki, vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyi bildirilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.

Onlayn tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.









 





19.11.2020    çap et  çap et