525.Az

Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında öldü


 

Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında öldü<b style="color:red"></b>

Göyçay rayon Təhsil şöbəsinin müdiri dünyasını dəyişib.

525.az-ın Trend-ə istinadən məlumatına görə, şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib.

Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E.İsmayılov dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.

 





19.11.2020    çap et  çap et