525.Az

Daha 3196 nəfərdə koronavirus aşkarlandı: 1598 sağalan, 24 ölən var


 

Daha 3196 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">1598 sağalan, 24 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb,  1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  93 094 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstə sayı  28 122 nəfərdir.

Ölkədə son sutka ərzində 15 175, hazırkı dövrədək isə 1607 455 test aparılıb.

 

 





22.11.2020    çap et  çap et