525.Az

AİB Azərbaycanda startap ekosisteminin inkişafını dəstəkləyəcək


 

AİB Azərbaycanda startap ekosisteminin inkişafını dəstəkləyəcək <b style="color:red"></b>

Asiya İnkişaf Bankı (AİB) koronavirus (COVİD-19) pandemiyasının təsirini azaltmaq, iqtisadi artımı təmin etmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulmuş ölkələr üçün startap ekosisteminin inkişafının dəstəklənməsi üzrə layihə həyata keçirəcək.

525.az xəbər verir ki, layihənin icrası Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Monqulustan, Pakistan və Çini əhatə edəcək.

Büdcəsi 500 min ABŞ dollar olan layihə beynəlxalq ekspertlərin və yelri mütəxəssislərin iştirakı ilə reallaşdırılacaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə iqtisadi inkişafa kömək edəcək, rəqəmsal transformasiya ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə dəstək olacaq.

 





23.11.2020    çap et  çap et