525.Az

Almaniya BQXK-nin Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırdı


 

Almaniya BQXK-nin Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırdı<b style="color:red"></b>

Almaniya hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Koflerin yaydığı açıqlamada bildirilib.

"Altı həftəlik şiddətli döyüşlərdən sonra noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıram.

Almaniya Federal Hökumətinin 2 milyon avro vəsait ayırdığı BQXK-ya yorulmaz fəaliyyətinə görə təşəkkür edirəm. Yardımın təcili çatdırılması üçün BQXK və digər humanitar təşkilatların insanlarla maneəsiz əlaqə qura bilməsi vacibdir", -deyə B.Kofler bildirib.

 





25.11.2020    çap et  çap et