525.Az

"Ordumuzun zəfəri Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı"


 

"Ordumuzun zəfəri Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı"<b style="color:red"></b>

"Bu gün biz inanılmaz hisslər keçiririk. Çünki biz bu gün doğma Qarabağımızda, Vətənimizdəyik. Biz əzəli torpaqlarımızda yenidən olmaqdan ilk növbədə fəxarət, sevinc və qürur hissi keçiririk. Bu unudulmaz hissləri bizə yaşatdıqlarına görə həm Müzəffər Ali Baş Komandanımıza, həm də rəşadətli Azərbaycan Ordusuna dərin təşəkkürü bildirirəm".

525.az xəbər verir ki, bu sözləri Füzuli şəhərinə səfər edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

Azərbaycan xalqını və bütün türk dünyasını bu möhtəşəm və tarixi qələbə münasibətilə təbrik edən Günay Əfəndiyeva bildirib ki, bu zəfər təkcə Azərbaycana deyil, bütövlükdə Türk dünyasına qürur hissi yaşatdı. Bu zəfər Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük şəxsiyyətlər verib, zəngin irs buraxıb.

Hazırda böyük təəssüflə qeyd etmək istəyirəm ki, biz dəhşətli mənzərə ilə qarşılaşmışıq. Burada tarixi abidələr, məscidlər, türbələr, karvansaralar, imarətlər məhv edilib. Bu qanlı cinayətləri törədənlər öz cəzalarını almalı, məsuliyyətə cəlb olunmalıdırlar.

 

 





25.11.2020    çap et  çap et