525.Az

Yaşlanmağı əksinə çevirdilər


 

ALİMLƏRDƏN YENİ TƏDQİQAT

Yaşlanmağı əksinə çevirdilər<b style="color:red"></b>

Bir qrup israilli alim yaşlı şəxslər üzərində apardıqları təcrübə ilə bioloji yaşlanma müddətini müvəffəqiyyətlə dəyişdirdiklərini açıqlayıb. Onlar bioloji yaşlanma prosesini əks istiqamətdə çevirmək məqsədillə yaşı 64-dən yuxarı olan 35 nəfər üzərində təcrübə aparıblar.

525.az xəbər verir ki, Şamir Tibb Mərkəzi və Təl-Əviv Universitetinin tədqiqatçıları bioloji yaşlanmanın iki əsas göstəricisini - telomer (xromosom ucları) uzunluğunu və yaşlanma hüceyrələrinin yığılmasını dəyişdirmək üçün oksigen terapiyasından istifadə ediblər. Onların qənaətincə, insan bədəni yaşlandıqca telomerlərin uzunluğu qısalır, Yaşlı və qüsurlu yaşlanan hüceyrələrin sayında artım baş verir.

Tədqiqat zamanı 35 nəfərə üç ay ərzində həftənin 5 günü, hər gün 90 dəqiqə olmaqla təmiz oksigen verilib.

Tədqiqatın sonunda onların telomerlərinin uzunluğunun orta hesabla 20 faiz artdığı, yaşlanma hüceyrələrinin 37 faizə qədər azaldığı məlum olub.

Tədqiqatçıların fikrincə, bu, onların bədənlərinin hüceyrə səviyyəsindən təqribən  25 il əvvəlki göstəriciyə bərabərdir.

 





25.11.2020    çap et  çap et