525.Az

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir"


 

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir"<b style="color:red"></b>

"Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınırvə dəstəklənir və İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir".

525.az xəbər verir ki, bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki

O qeyd edib ki, İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir: "Azərbaycanlılar İtaliyanı sevən xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir".

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

“İtaliya yalnız neft və qazla deyil, habelə  sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır”, - deyə, senator fikirlərini tamamlayıb.

https://www.agenzianova.com/a/5fbd4880857a68.90728217/3205468/2020-11-24/nagorno-karabakh-papatheu-fi-italia-sostenga-azerbaigian-dopo-fine-guerra

https://kmetro0.it/2020/11/25/papatheu-fi-italia-sostenga-azerbaijan-dopo-fine-guerra-ora-sinergia-e-interscambi/

 





27.11.2020    çap et  çap et