525.Az

“Mən evə qayıdıram”ın təqdimatı oldu


 

“Mən evə qayıdıram”ın təqdimatı oldu<b style="color:red"></b>

Ötən gün Nizami Kino Mərkəzində "Mən evə qayıdıram" bədii filminin təqdimatı olub.

Axşam.az-ın məlumatına görə, ekran işi "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkilib. Filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur. Çəkilişləri Quba, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), müğənni Emil Bədəlov (Tərlan Seyidzadə), aktyor Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka rol alıblar.

Hərbi vətənpərvərlik mövzusunda olan ekran işinin təqdimat mərasimində ziyalılar, sənət adamları iştirak edib. Mədəniyyət və Turizim Naziri Əbülfəz Qarayev gecədə çıxış edərək filmin gözəl alındığını, onun mədəniyyətimizə böyük töhfə olduğunu vurğulayıb.
 
“Mən evə qayıdıram”ın təqdimat mərasimində filmdə əsas obrazlardan birini ifa edən Emil Bədəlov da iştirak edib. Tədbirdə sənətçinin yaxın dostu, bəstəkar-müğənni Nazim Məmmədov da onu tək qoymayıb.

 





27.02.2014    çap et  çap et