525.Az

Ötən ay dərmandan allergik reaksiyalar nəticəsində 30 nəfər zəhərlənib


 

Ötən ay dərmandan allergik reaksiyalar nəticəsində 30 nəfər zəhərlənib<b style="color:red"></b>

Bu ilin fevral ayı ərzində dərmandan allergik reaksiyalar nəticəsində 30 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Onun sözlərinə görə, dərmandan allergik reaksiyalardan zəhərlənmə Bakının müxtəlif rayonlarında qeydə alınıb: “Fevralda spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə 21 nəfər müraciət daxil olub, onlardan 9-u xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərə ilkin yardım göstərildikdən sonra 1-2 sutka ərzində evə buraxılıblar”.
 
Baş toksikoloq bu ay sirkə turşusundan zəhərlənənlərin də sayını açıqlayıb. Onun sözlərinə görə, fevralda sirkə turşusundan yalnız 6 nəfər zəhərlənib.

 





03.03.2014    çap et  çap et