525.Az

"Oskar" mükafatının qalibləri müəyyənləşdi


 

"Oskar" mükafatının qalibləri müəyyənləşdi<b style="color:red"></b>

Film dünyasının ən böyük tədbiri olan "Oskar" mükafatlandırma mərasiminin 2014-cü il üçün qalibləri müəyyənləşib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 86-cı ildir keçirilən, rəsmi adı "Academy awards" olan tədbir aktrisa Ellen Deceneresin aparıcılığı ilə baş tutub.

Gecənin ən uğurlu əsəri 7 "Oskar" alan "Gravity" ("Qravitasiya") filmi olub. 2 nominasiya üzrə namizəd olan məşhur aktyor Leonardo Di Kaprio isə bu dəfə də mükafatsız qalıb.

"Ən yaxşı film": "12 Years A Slave" ("12 illik əsarət")
"Ən yaxşı rejissor": Alfonso Kuaron / "Gravity" ("Qravitasiya") 
"Ən yaxşı aktrisa": Keyt Blanket / "Blue Jasmine" ("Mavi yasəmən")
"Ən yaxşı aktyor": Mettyu Makkonaxi / Dallas Buyers Club ("Sərhədsizlər klubu")
"Ən yaxşı ikinci dərəcəli aktyor": Jared Leto / Dallas Buyers Club
"Ən yaxşı ikinci dərəcəli aktrisa": Lupita Nyonq'o / "12 Years A Slave" 
"Ən yaxşı operator": Emmanuel Lubezki / "Gravity"
"Ən yaxşı geyim dizayneri": Ketrin Martin / "The Great Gatsby" ("Böyük Qetsbi") 
"Ən yaxşı saç və makiyaj dizayneri": Adruita Li, Robin Mathyuz / "Dallas Buyers Club"
"Ən yaxşı qısametrajlı animasiya": Mr. Hublot / Lorent Uitz və Aleksandr Espiqares
"Ən yaxşı animasiya": "Frozen" ("Soyuq qəlb") 
"Ən yaxşı vizual effekt": Tim Uebber ve Brayan Koks / "Gravity" 
"Ən yaxşı qısametrajlı film": "Helium" / Anders Uolter ve Kim Maqnusson
"Ən yaxşı qısametrajlı sənədli film": "The Lady in Number 6" ("6-cı nömrədəki qadın") / Malkolm Klark ve  Nikolas Rid
"Ən yaxşı sənədli film": "20 Feet From Stardom" ("Ulduz olmağa 20 fut") / Morgan Nevil, Gil Frizeri ve Ketrin Rocers 
"Ən yaxşı xarici film": "The Great Beauty" ("Möhtəşəm Gözəllik") / Paolo Sorrentino - İtaliya 
"Ən yaxşı səs effekti": "Gravity" / Skip Levzi
"Ən yaxşı səs montajı": "Gravity" 
"Ən yaxşı montaj": "Gravity" / Alfonso Kuaron ve Mark Sanqer 
"Ən yaxşı dizayn": Ketrin Martin ve Beverli Din / "The Great Gatsby" 
"Ən orijinal musiqi": Stiven Prays / "Gravity"
"Ən yaxşı musiqi": "Let It Go" / Kristen Anderson Lopez və Robert Lopez, "Frozen" animasiya filmi
"Ən yaxşı adaptasiya olunmuş ssenari": Con Raydli / "12 Years A Slave" 
"Ən yaxşı orijinal ssenari": Spayk Conz / "Her" (Eşq)

 





03.03.2014    çap et  çap et