525.Az

Lənkəranda kişi meyiti tapıldı


 

Lənkəranda kişi meyiti tapıldı<b style="color:red"></b> Lənkəran rayonunda kişi meyiti tapılıb.
 
APA-nın cənub bürosunun məlumatına görə, 45-50 yaşlarında olduğu ehtimal edilən kişi meyiti bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun Darquba kəndindən keçən  hissəsində, “Armudluq” restoranının yanında aşkarlanıb. Hadisə yerinə dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Üzərində hər hansı zorakılıq əlamətlərinin olub-olmadığını aydınlaşdırmaq üçün meyit
 
Lənkəran Məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb.
 
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra meyitin şəxsiyyəti dəqiqləşdirilib. Onun 1968-ci il təvəllüdlü Darquba kənd sakini Vasif Həbib oğlu Rzayev olduğu məlum olub.
 





04.03.2014    çap et  çap et