525.Az

Polşa NATO-nu fövqəladə toplantıya çağırıb


 

Polşa NATO-nu fövqəladə toplantıya çağırıb<b style="color:red"></b>

Bu gün Polşa hökumətinin müraciəti əsasında Brüsseldə NATO-nun fövqəladə toplantısı keçiriləcək.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Polşa Şimali Atlantika müqaviləsinin 4-cü maddəsi əsasında alyansı toplantıya çağırıb. Bu maddə NATO üzvlərindən birinin müstəqilliyi və ərazi bütövlüyü real təhlükə altında qalarsa, həmin dövlətin NATO tərəfindən kollektiv müdafiəsini nəzərdə tutur.
 
Qeyd edək ki, Rusiyanın Krıma hərbi müdaxiləsi Polşa başda olmaqla, Şərqi Avropa ölkələrində ciddi qorxu yaradıb.

 





04.03.2014    çap et  çap et