525.Az

Azərbaycan parlamentinin spikeri deputatlara xəbərdarlıq edib


 

Azərbaycan parlamentinin spikeri deputatlara xəbərdarlıq edib<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib.
 
Spiker deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”.
 
Daha sonra cari məsələlərə yer verilib.
 
İclasın gündəliyinə 4 məsələ, o cümlədən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatının dinlənilməsi daxildir.

 





04.03.2014    çap et  çap et