525.Az

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri bu gün açıqlanacaq


 

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri bu gün açıqlanacaq<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar Facebook səhifəsi vasitəsilə təqdim olunacaq.
 
Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

 





04.03.2014    çap et  çap et