525.Az

"Milli birliyi və sabitliyi hədəfə alanlar əvvəlcədən məğlubiyyətə düçardır"- Millət vəkili yazır


 

"Milli birliyi və sabitliyi hədəfə alanlar əvvəlcədən məğlubiyyətə düçardır"- <b style="color:red">Millət vəkili yazır</b>

Rəbiyyət Aslanova

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri,
fəlsəfə   elmləri  doktoru, professor,   

Azərbaycan xalqı bir neçə ay bundan əvvəl  prezident seçkilərindənyekdlliklə, milli birlik və qələbə ilə çıxdı. BuAzərbaycanınqarşıdakı illərdə  ancaq irəliləməsi deməkdir.

2014-cü il-Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinin həyata keçirildiyi ilk tarixi il, dönüş nöqtəsi olacaq.   Azərbaycanı istəməyən qüvvələr dövlətimizin taleyinin ən etibarlı insanın əlində olacağını, burada qeyri-sabitlik yaratmaq cəhdlərinin bəri başdan iflasa uğradığını bilirlər.Bu bir çoxlarını qıcıqlandır.

Müstəqillikdən üzü bəri həyata keçirilən milli maraqlar və milli birlik, iqtidardaxili həmrəylik və vətəndaşsülhü siyasəti bu günküuğurlarımızın təməl şərtidir. Onu təmin edən Ulu Öndərin adı bu gün milli birliyimizin rəmzinə çevrilib.Dövlətçiliyimizin uğurlarını görmək istəməyənlər tarixən də, bu gün də məhz bu birliyə qarşı çıxmışdır.

Azərbaycanın  qarşısında dayanan ən vacib məsələlər sırasında Ümummilli Lider Heydər Əliyev milli birliyi, həmrəyliyi xüsusi vurğulayırdı. Ulu öndərin rəhbərliyi dövründə müstəqilliyin taleyini sual altında qoyan səbəblərdən biri də elə vətəndaş qarşıdurması idi.Bu həmrəyliyə milli ehtiyacdan doğan bir tələbat idi və həmin tələbat həmişə olduğu kimi bu gün də  aktualdır. 

 Ancaq dövlətçiliyimizin uğurlarını görmək istəməyənlərbununla barışa bilmirlər.  Doğrudur, milli birlik nemətindən məhrum olaninsanlar cəmiyyətin çox cüzi bir hissəsini təşkil edirlər. Xalqın böyül əksəriyyəti iqtidarın yanındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, bütün nitqlərində ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipial vətəndaş mövqeyi nümayiş etdirmək, milli birliyi pozmaq cəhdlərinə son qoymaq çağırışlarını edir.

Ölkəmiz müharibə şəraitində yaşayır və onun bəlli, aşkar  düşmənləri var. Xalqımızın düşmənlərinin kimliyi də dövlət başçımızın nitqində çox aydın şəkildə dəfələrlə  vurğulanıb. Yeni Azərbaycan partiyasının 20 illik yubileyində Azərbaycan dövlətinə düşmən olan qüvvələr - işğalçı  Ermənistan, qlobal erməni lobbisi və  islamofob mərkəzlər açıq-aşkar göstərildi. Deməli qüvvəmizi cəmləyib yönəltməli olduğumuz  konkret ünvanlar var. Bu düşmənlər dura-dura, aramızda düşmən axtarmaq, qüvvələrimizi  parçalamaq yolverilməzdir.

Dövlət başçısının"Azərbaycanın Ümummilli problemi" adlandırdığı Dağlıq  Qarabağ  probleminin həllinə, ərazi bütövlüyünün bərpa edilməsinə  aparan yollardan biri informasiya müharibəsində  qalib gəlməkdir.  

Azərbaycan  iqtidarı Ermənistanın işğalçılıq siyasətiniyalnız milli birliklə dünyaya bəyan edə bilib, dövlətimiz  ətrafında yaradılan informasiya blokadasının yarılmasına xalqın dəstəyi ilə nail olub. Bu missiyaya xidmət etməyən cüzi saylı adamlara cəmiyyət də, tarix də öz qiymətini onsuz da verir. Belələri “iqtidar daxili düşmən axtarışları, ziddiyyətlər görüntüsü yaratmaq, çağırışını etmək, hay-küy salmaq üçün min cür  bəhanə axtarırlar.

Son günlərin ən diqqətçəkən hadisələrindən biri Azərbaycan cəmiyyətində, xüsusilə də iqtidar komandasında “düşmən axtarışı” görüntüsü yaratmaq, bir sıra tanınmış adamları, fəal ictimai xadimləri, bəzi siyasətçiləri, hətta millət vəkilləri ayrı-ayrı dini təriqətlərin üzvü kimi ölkənin mənafeyinin zidd olan fəaliyyətdə təqsirləndirmək cəhdləridir. Təbii ki, əsası olmayan böhtanlara kəskin və arqumentli cavablar verilməkdədirvə hələ veriləcəkdir.

İlk baxışda bu tanış ssenaridir, köhnə oyunlardır, ənənəvi gedişlərdir artıq son bir neçə illərdir ki, bəlli mənbələrdən məlum  ünvanlara yönəlir.

Bu cizma-qaraların   qeyri-ciddi, son illər  haqq hesab çürütməyin məkanına və  alətinə çevrilən  sosial şəbəkə- “internet-qeybət” səhifəsində yazilmasını əsas gətirməklə, ciddiyə almamaq da olardı. Lakin bəlli müxalifət qəzetlərinin onu  düşünülmüş şəkildə tirajlayaraqyoxlanılmış mötəbər mənbə kimi yayması məsələyə ciddi yanaşmağı tələb edir.

 Görünən odur ki,  Azərbaycanın uğurlarını həzm edə bilməyənlər artıq cəmiyyətdə vətəndaş birliyinə, barış və tolerantlığa qəsd etmək naminə müxtəlif iyrənc  vasitələrə əl atmağı hədəfə almışlar.

Adları məqsədyönlü şəkildə hallandırılan, bütün fəaliyyəti göz önündə olan  gənc, perspektivli, işgüzar, vətənpərvər insanların  qətiyyən kiminsə müdafiəsinə  ehtiyacları yoxdur. Çünki  bu şəxslər Azərbaycan cəmiyyətində özlərini təsdiq etmiş insanlardır. Adları çəkilən şəxslər  istər mövcud hakimiyyət, istər hakim partiya, istərsə də dövlətimiz, cəmiyyətimiz üçün öz əməli  fəaliyyətlərini ortaya qoymuş, bu yolda əzmlə davam edən insanlardır. Kimlərinsə belə insanlar haqqında əsassız iddialar, fikirlər söyləməsi böhtançıların əsil simasını açıb göstərir.

İqtidar nümayəndələrinə, dövlət rəsmilərinə dair söylənilən hər kəlmə nəinki cəmiyyətdə, hətta uzaq ölkələrdə belə ciddi şəkildə izlənilir və bizi daha məsuliyyətli olmağa çağırır. Biz  iqtidar-xalq birliyini, Azərbaycanın dünyada müsbət imcini, nüfuzunu aşağı salmaq üçün heç bir fürsət və ümid yeri verməməliyik.Bəli,  Azərbaycan haqda bu gün onsuz da qərəzli rəy və hesabatların  ənənəvi hal alması hamımıza məlumdur.

Təəssüflər olsun ki, KİVlərin gündəmində ölkədə mövcud olan aktual məsələlərin müzakirəsi deyil, artıq illərlə dəyişməyən PR və sensasiya düşkünlüyü ön cərgədə durur, hətta artıq bu isterika səviyyəsinə çatmışdır.

Ən dözülməz hal həm də ondadır ki, xalqımız Xocalı faciəsini, Azərbaycanın müstəqilliyini heç cür  həzm edə bilməyən qüvvələrin hiylə və təxribat tarixlərini bir daha üzərində düşündüyü günlərdə biz olduqca xoşagəlməz mənzərə ilə üzləşirik.Böhtanın girovuna çevrilənlərə,çirkaba batanlara  bir sualımız var: Azərbaycana qarşı qlobal miqyasda aparılan ikili standartlar, qərəz, yalan siyasəti məgər azdırmı?  Dövlətçiliyə xidmət edən insanların gözdənsalma və qaralama kompaniyası Azərbaycanın imicinə vurulan zərbə deyilsə bəs nədir?

Anonim mənbə kimi sosial şəbəkənin seçilməsi də təsadüfi sayılmamalıdır. Bu gün qeyri-sabitliyin ixracına,  qanuni hakimiyyətlərin devrilməsinə, vətəndaş müharibəsinə rəvac verilməsinə , hətta suveren ölkələrin bombalanmasına gətirib çıxaran olaylara da məhz sosial şəbəkələrdən start verilir.  Bəlli mənbələrdən qüvvələrimizi və sıralarımızı parçalamağa hesablanan  ürəkbulandırıcı iftiraları yaymaq üçün məhz bu zamanın hədəfə alınması çox düşündürücüdür. Çünki,buadları hallandırılan insanlar dünyada Azərbaycan həqiqətlərini yaymaqla bütün gücünü səfərbər etdiyi vaxtda onlara qarşı iyrənc böhtan kampaniyasına start verilir.       

 Bu olaylara əhəmiyyət verməmək də olar. Lakin artıq bütün mümkün etik-mənəvi hədlər keçilmiş, yüksək vəzifəli dövlət məmurlarına çirkab atılması kompaniyasına başlanmışdır. Bunlar isə “təhlükəli presedent ”formalaşdırır.Dövlət orqanlarının,  məmurunun imicinə xələl gətirməyə hesablanmış iftira diqqətdən kənarda qalmamalıdır.

Azərbaycan demokratik ölkədir və hər kəs öz fikrini söyləməkdə sərbəstdir.   Senzuranın olmadığı şəraitdə istənilən mətbu nəşrində  əxlaqi-mənəvi senzuranın  tətbiq edildiyi bir hədd olmalıdır.İnsaniyyət və qeyri-insanlığın   arasındakı hüdudu  aşmağa, dövlətçiliyə sadiq insanlara çirkab atmağa,  təhqir etməyə, Azərbaycan cəmiyyətini və iqtidar komandasını  məhz bu şəkildə təqdim etməyə heç kimin  haqqı yoxdur. Bu da demokratiyanın mühüm  meyarıdır.

İqtidar komandasını, dövlət başçısının kadr siyasətini hədəfə alan bu hadisələr dərin təhlil edilməlidir. Müdrik bir deyimə görə “böhtan, iftira acizlərin və zəiflərin nəsibidir. ” Lakin burada xalqımızın, cəmiyyətimizin diqqətə alacağı mesajlar var. Biz bilməliyik ki, bu kimlərinsə  ucuz  şou yaratmaq, PR xatirinə ləyaqətli insanlara böhtan atmaq cəhdləridirmi? Bu sahəyə cavabdeh olan aidiyyətli dövlət qurumları nə tədbirləri görür və görməlidir? Eyni zamandaqədim latınların deyimi ilə “bu kimin üçün sərfəlidir? ("Quiprodest?") sualına da cavab axtarmaq lazım gəlir.”

Gündəmdə  bu gun  KİV və  milli maraqlar mövzusu durmalıdır.   KİV-lər də mənəvi dəyər oriyentasiyalarına malik olmalıdır yoxsa olmamalıdır? 

Nədənsə milli maraqlar deyil, kütləvi iğtişaşlara, vətəndaş itaətsizliyinə  çağırışlar kimi mövzular, antiazərbaycançıqüvvələrlə sosial şəbəkələrdə sövdələşmələr aparmaq üstün tutulur. Beləliklə də bəzi üzdəniraq  KİV-lər getdikcə özləri çirkab və böhtanın mənbəyinə, totalitar təriqətə çevrilib, öz buyuruqçularına sözsüz itaət quluna dönürlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrimizə səfəri zamanı  bu mövzuya toxunaraq qeyd etmişdir: "Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun.Eyni zamanda çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir.”

Xalqımız artıq yaxşı bilir ki, zaman-zaman antiazərbaycançı qüvvələr fəallaşır, geosiyasi maraqların kölgəsi görünür. Həm də bu zaman əsas vurğu cəmiyyətdə aktual problemlərin həllinə yönəlik alternativ ideya və təşəbbüslərə deyil, mövcud uğurlara kölgə salmağa, həssas mövzuların emosiyalara hesablanmış qərəzli sui-istifadəsinə hesablanır.

Xaricdən antiazərbaycançı mənbələrin buyuruqları üzərindən Azərbaycan hakimiyyətinə qarşı təhdidlərə rəvac verənlər gərginliyi yaratmaq uçun bütün vasitələrə əl atırlar. Buna görə də birbaşa bəyan etmək istərdik:baş verənlər KİV qanununa, mənəviyyatımıza,  milli maraqlara, milli birliyə, dövlətimizin tolerantlıq modelinə, xaricdə müsbət imicinə, daxildə dövlət orqanlarının nüfuzuna, dövlətimizin humanizm siyasətinə, iqtidardaxilikonsolodasiyaya ziddir. Azərbaycan dövlətinin xaricdə müsbət imicinin formalaşması onun  milli maraqların təminatının əsas prinsiplərindəndir.

Biz dünyəvi, demokratik və  hüquqi dövlətdə  yaşayırıq. Bu o deməkdir ki, burada şər-böhtan ritorikası kimin inkar etməsindən asılı olmayaraq hüquq müstəvisinə aiddir. Hüquqi dövlətdə törədilən konkret əməllər var, qanunlar və onlara müvafiq cəzalar var. Əməlləri dövlətçilik anlamına zidd olanlara gəldikdə isə, yenə də qeyd etmək istəyirəm ki, onlara yalnız hüquqi qiymət verilməlidir.

Siyasətçilərin,dövlətçiliyə xidmət edəninsanların öz ictimai-siyasi fəaliyyəti və şəxsi həyatı ilə bağlı  yerli-yersiz məlumatların tirajlanmasına emosional deyil, soyuqqanlıvə məsuliyyətlə yanaşmaq kimiyazılmzmış öhdəliyi var.  Uzun illərdir ki, iqtidar komandasında olan həmkarlarımla bunu müşahidə etmişəm. Artıq  alnı açıq şəkildə dövlətçiliyə sadiq olduğumuzu sübut edən əhəmiyyətli zaman yaşamışıq. Heç nəyə baxmayaraq yalnız əqidəmizə sadiq olmuşuq. Lakin bu gün bunlara kölgə salmaq istəyənlərin cəhdləri əvvəlcədən uğursuzluğa düçardır.

Bu qərəzlərin mənbəyini  bilmək üçün təkcə sövq-təbii duyuma ehtiyac yoxdur. Azərbaycan media məkanı o qədər də  nəhəng deyil. Hamı hansı qəzetin, internet səhifədən  haradan yönəldiyini bilir, yaxud  ən azı ehtimal edilir.  

            Son 10 ildə olduğu kimi, hazırkı dövr  də iqtidarın yanında olan hər kəs üçün ən məsuliyyətli ildir. İqtidar olaraq bütün qüvvələrimiz konkret işlərə, yeni uğurlara və  qələbələrəyönəldilməlidir. Bu həm də Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi deməkdir.

            Bu günə qədər qazanılan uğurlarımızın təməlində xalq-iqtidar birliyi, bundan az əhəmiyyətə malik olmayan iqtidardaxili konsolidasiya durub. Xalqımız  bu iqtidara ilk növbədə milli birliyi və vəhdəti təmin edə bildiyinə görə,  bu tarixi uğura isə məhz  öz daxilində sarsılmaz birliyi təmin etdiyinə   görə   etimad  edir. Ona altenativ görmür. Azərbaycan vətəndaşı bu illərdə  müxalifət olduqları deyilən, lakin iki nəfərin bir ortaq məxrəcə gələ bilmədiyi qüvvələrin müttəfiqliyinə də buna görə heç vaxt etibar etməyib, onları qınayıb. Onların miili birliyi təmin edəcəyinə bir saat da olsun inanmayıb.

Son dövrdə ölkədə məmur-vətəndaş münasibətləri dövlət başçısının həsas diqqətində və  gündəmdədir. Dövlət başçısı bu məsələ ilə bağlı qəti mövqeyini bildirmiş, yeniləşə bilməyən, mütərəqqi fəaliyyət potensialı tükənən məmurların aqibəti artıq bəllidir.

Kimə xidmət etməsi  məlum olmayan bəzi insanlar potensial və  yaradıcılığının tükənməsini  hiss edir.  Prezidentin başladığı möhtəşəm islahatların sürəti ilə ayaqlaşa bilmədiyini dərk edir. Onillərlə oturub, heç nəyə cavabdeh olmadan, heç bir əziyyət çəkmədən, xalq üçün heç nə etmədən fəallıq görüntüsü yaradanlar da var. Bununla onlar diqqəti başqalarının üzərinə yönəltməklə cəmiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar.

            Bu gün məhz təriqət mövzusunu bəzi qüvvələr  öz çirkin siyasətinə alət edənlər sırasında onlar da var.

Politologiyada "milli populizm" anlayişi var və  milli-mənəvi hisslərin  siyasi rəqabətdə qeyri-səmimi istifadə edilməsi deməkdir. Milli populizm dedikdə-siyasi mübarizədə real işlərə deyil,    xalqın milli hisslərini istismar və istifadə etməyə, qıcıqlandırmağa əsaslanmış fəaliyyət başa düşülür.

Bunu perspektivdən məhrum niyyət olduğunun fərqində olmalıdırlar.

Otto fon Bismarkyazırdı: “ Bir var yalan, bir var  böhtan, bir də var statistika”.Gəlin internetdə bədnam  siyahıda olanların adlarını  axtarış verək və ermənilərin onların yerli əlaltılarının onlar haqda yazdıqlarını müqayisə edək!Adi statistikaya nəzərə salmaq kifayət edər ki, həmin gənc kadrların erməni  saytlarında ən çox hədəfə məruz qalanlar olmasına şahid olasan. Nəticə doğrudan daheyrətləndiricidir.Ermənilər də ən çox bu insanları hədəfə alır, böhtan çirkab atır, anonim saytlar da!

Hüquqi dövlətdə hər bir əməlin normativ-hüquqi sənədlərlə tənzimlənən formaları var.Təbii ki, buna uyğun olaraq KİV-lərdə əksini tapan hər ifadə ölçüb-biçilməlr, böhtanlar xalqı, cəmiyyəti bölməməlidir.

            KİV-lərin gündəmi dəyişməlidir, ictimai rəyin ənənəvi manipulyasiya siyasətinin süqutu  və yenilənmə zərurəti göz önündədir.   İctimai rəydə nüfuzdan məhrum olan, oxucu cəlb edə bilməyən  bəzi KİV-lər uydurma sensasiyalar- ssenarilər icad etmək məcbiriyyətindədir.

Baş verənlərdə qərəz, birtərəflik,  iki qardaş dövlətlərarası münasibətlərin tarixən formalaşmış etikasına və fəlsəfəsinə həssas yanaşılmalıdır.

Heç bir əsası olmayan sərsəm sensasiyalar digər tərəfdən, qanunazidd, ləyaqəti alçaldan hərəkətlər olub, Azərbaycanın tolerantlıq ünvanı kimi imicinə zərbə vurur.

Azərbaycan dünyada etiraf edilən tolerantlıq məkanıdır.Heydər Əliyev Fondunun  bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın tolerantlıq təcrübəsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna, deməli milli maraqlara xidmət edir.Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri humanizmdir. Ümummilli lider hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, və s. vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuş, rəhbərliyi ilə qəbul olunmuş ilk müstəqil Konstitusiyada bu məsələ önə çəkilmişdir.

Mən Azərbaycanın milli maraqlarını, iqtidarın sıralarının sarsılmaz birliyini,  dövlətimizin və cəmiyyətin bütövlüyünü  hər şeydən üstün tutan hər kəsəüz tuturam.

Biz müstəqil və sabit əmin –aman dövlət olmaq üçün  qanlı-qadalı faciələrdən keçmişik. Bunların hamısından  məhz təxribat və böhtanı həqiqətdən, ağı qaradan ayıra bilən müdrik xalqımızın dəstəyi və birliyi sayəsində qalib çıxa bilmişik.

  Bu gün Azərbaycanın yaxın və uzaqəhatəsindəki ölkələrdə insanlar  xaos və vətəndaş qırğını ilə  üzləşdiyi halda Azərbaycanın, dövlət başçısının  dediyi kimi “sabitlik adası” olması  xəbis ürəkləri sancılan qılıncdır. Hətta artıq  ərəb ölkələrini və Ukrayna ilə xatircəm olub,  indi də Azərbaycanla haqq hesab  çürütmək istəyən qüvvələr  səfərbər olub. Belə bir vaxtda qeyd edilən böhtanlar düşmən dəyirmanına su tökməkdən başqa heç nə deyil.

Qanunazidd və kriminal mənbələrdən yönəldilməsinə heç bir şübhə yeri olmayansifarişli yazıların hədəfi-ictimai rəyi aktual və gərəzli mövzulardan yayındırmaq,  böhtan və qarayaxmanı normaya çevirmək deməkdir. Çünki atalar sözündə deyildiyi kimi:“Sayıqlığı itirmək silahı itirməkdən betərdir.”

"Parçala və hökm sür" bütün dövrlərdəolduğundan aktualdır. Bu səbəbdən daxildə onlara alət olanların üzə çıxması çox vacibdir.Dövlət başçısının kadr siyasətinə kölgə salmaq istəyənlər, qabiliyyətli və təşəbbüskar siyasi rəqiblərin çirkin metodlarla-iftira, böhtan və qarayaxma ilə zərərsizləşdirilməsinə ümid edənlərin ifşası  çox  vacib məsələdir.

 

Bu gün-iqtidar  heç vaxt olmadığı qədər güclüdür.

Regionun və dünyanın ən sabit məkanı olan Azərbaycanda  həm də dünyadaən peşəkar və mükəmməl Hüquq Mühafizə  Orqanlarımız var. Böhtan atılan ləyaqətli insanların adından  sosial şəbəkə adlanan iftira mənbəyinin  gün işığına çıxarılması, kimin-kim olmasını aşkar etməsionların missiyası və uğurla başardığı işdir.  Qoy xalqımız kimin kim olduğunu görsün,  milli birliyə qəsd etmək, ara qarışdırmaq istəyənləri tanısın

 





04.03.2014    çap et  çap et