525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 5-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gündüz 10-14 dərəcə, gecə 7-8 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək və arabir güclənəcək. Martın 5-də Aran rayonlarında gündüz 15-20 dərəcə, gecə isə 3-8 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gündüz 10-12, gecə  0-5 isti olacağı proqnozlaşdırılır.
 
Yaxın günlər ərzində temperatur göstəriciləri dəyişməyəcək.
 





04.03.2014    çap et  çap et