525.Az

Lavrov: “Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək”


 

Lavrov: “Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək”<b style="color:red"></b>

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna ilə bağlı mövqeyinin ədalətli olduğunu və onun dəyişməyəcəyini bəyan edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, S.Lavrov bildirib ki, Avropa Birliyi və ABŞ fevralın 21-də Viktor Yanukoviçlə müxalifət arasında imzalanmış sazişin üstündən xətt çəkməyə çalışır.
 
Rusiya xarici işlər naziri həmçinin qeyd edib ki, Brüssel ilə Vaşinqton Ukrayna Ali Radasına gəlmiş qüvvələrə təsir etmək iqtidarında deyil.

 





04.03.2014    çap et  çap et