525.Az

Mingəçevir su anbarı yaxınlığında arxeoloji tədqiqat işləri aparılıb


 

Mingəçevir su anbarı yaxınlığında arxeoloji tədqiqat işləri aparılıb<b style="color:red"></b>

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiyavə Etnoqrafiya İnstitutunun Gəncə-Qazax ekspedisiyası Mingəçevir su anbarı yaxınlığında  arxeoloji tədqiqat işləri aparıb.  Akademiyadan «525»ə verilən məlumata görə, Azad Zeynalovun rəhbərliyi ilə aparılan tədqiqatlarda rusiyalı mütəxəssislər də iştirak ediblər.

Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun paleolit şöbəsinin iclasında A.Zeynalovun və bu elm müəssisəsinin elmi katibi, arxeoloq Sergey Kulakovun “Azərbaycanda yeni aşel abidəsi” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər 2013-ci ildə Azərbaycanın qərbində, Mingəçevir su anbarı yaxınlığında aşel dövrünə aid yeni Qaraca abidəsinin aşkar edilməsi haqqında məlumat veriblər: «Aşkarlanmış əl çapacaqları, nukleuslar, qaşovlar və digər nümunələr Cənubi Qafqazın arxantrop əhalisinin yaşam tərzinin, mədəniyyətinin, ətraf mühitlə əlaqəsinin kompleks şəkildə tədqiqinə imkan verir».

İclasda paleolit şöbəsi tərəfindən Qaraca abidəsində arxeoloji tədqiqatların yüksək metodik səviyyədə aparılması haqqında qətnamə qəbul edilib.

S.ABDULLAYEVA

 





04.03.2014    çap et  çap et