525.Az

İrlandiyanın “Celtic Legends” rəqs ansamblı Bakıda çıxış edib


 

İrlandiyanın “Celtic Legends” rəqs ansamblı Bakıda çıxış edib<b style="color:red"></b>

Heydər Əliyev Sarayında İrlandiyanın “Celtic Legends” rəqs ansamblının konserti olub. Dünyanı fəth etmiş bu şou milli alətlərin müşayiəti ilə irland rəqsinin, akrobatik çıxışların, canlı musiqinin, əsrarəngiz mahnıların sintezidir.

Konsertin təşkilatçısı Səlahəddin Atalay “Celtic Legends” rəqs qrupunun Azərbaycana dünya turu çərçivəsində, 50 nəfərədək heyətlə gəldiyini bildirib. Qrupun ifa etdiyi step rəqsləri canlı musiqi ilə müşayiət olunacaqdır.

Maqnetizmin böyük qüvvəsinə malik, keltlərin miqyasca əhatəli bir layihəsi olan “Celtic Legends” şousunun nəğmələri və rəqsləri insanın təbiət və od ilə münasibətlərindən, qədim dövrlərə məxsus qorxu və sevinc hisslərindən bəhs edir.

İrlandiya ansamblının şux rəqsləri və orkestrin ifası alqışlarla qarşılanıb.

S.ABDULLAYEVA

 





04.03.2014    çap et  çap et