525.Az

“Açarını itirmişlər” Lənkəran Teatrının təqdimatında


 

“Açarını itirmişlər” Lənkəran Teatrının təqdimatında<b style="color:red"></b>

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əhməd Orucoğlunun “Mehriban ailə” komediyasının motivləri əsasında hazırlanmış “Açarını itirmişlər” tamaşasının premyerası olub. Teatrın direktoru İslam Həsənovun quruluş verdiyi səhnə əsərində bir ailənin fonunda cəmiyyətin inkişafına mane olan mənfi hallar verilib.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Qızılgül Quliyeva və Əlibala Əsgərov ifa edirlər.

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əhməd Orucoğlunun bundan əvvəl “Pul dəlisi” komediyası da tamaşaya qoyulub.

S.ABDULLAYEVA

 





04.03.2014    çap et  çap et