525.Az

Seyid Camal: "Vətəndaşlarımız dini təriqət "oyunçularının" aləti olmayacaq"


 

Seyid Camal: "Vətəndaşlarımız dini təriqət "oyunçularının" aləti olmayacaq"<b style="color:red"></b>

SEYİD CAMAL ƏZİMBƏYLİ: "XARİCİ GÜCLƏRİN İSTƏYİ İLƏ HƏRƏKƏT EDƏN BƏZİ MƏKRLİ QÜVVƏLƏR ÖLKƏMİZİN TOLERANT MÜHİTDƏN ÇİRKİN MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIRLAR"

 

Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, ölkəmiz dünyada güclü, nüfuzlu dövlətlərdən biri olaraq mühüm söz sahibinə çevrilib bir çox sahələrdə örnək göstərilir. Ölkəmizin örnək göstərildiyi sahələrdən biri dini tolerantlıqdır. Həqiqətən dövlət tərəfindən bu sahədə balanslaşdırılmış siyasət aparılır. İstənilən şəxs istədiyi dinə, təriqətə sitayiş etməkdə azaddır. Heç bir şəxsə dini əqidəsinə görə təzyiqlər edilmir. Elə bu sahədə yürüdülən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərin, habelə təriqətlərin - vəhhabilərin, nurçuların digər dini qrupların təmsilçiləri bərabər şəkildə yaşayır azad formada dini ayinlərini yerinə yetirirlər.

Təəssüf ki, bütün bu üstün məqamlarla yanaşı xoşagəlməz hallarda olmamış deyil. Biz zaman-zaman vəhhabilərin, nurçuların digər təriqət mənsublarının ölkədə özlərinin xoşagəlməz niyyətlərini həyata keçirmək istəklərində olmaları barədə informasiyaya da rast gəlirik. Əfsus ki, hansısa siyasi qüvvələr məhz özlərini bu dini qrupların içərisində göstərərək, məhz onlardan istifadə etməklə onların adı altında özlərinin çirkin niyyətlərini həyata keçirməyə can atırlar. Bu məsələdə xarici qüvvələrdən göstəriş alan onların istəyi ilə hərəkət edənlərin olması da danılmazdır. Bu, bir faktdır ki, həmin xarici qüvvələr onların aləti olan bəzi yerli siyasətçilər Azərbaycan dövlətçiliyini istəməyən güclərdir. Onların insanların inanclarından sui-istifadə etməsi isə təəssüf doğurmaqla yanaşı, eyni zamanda həmin təriqət sahiblərinə qarşı hörmətsizlikdən başqa bir şey deyil.

Burada əsas məsələ isə Azərbaycan vətəndaşlarının belə oyunlara gəlməməsidir. Çünki o təriqətlərin nümayəndələrinin hər biri dini əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Xalqla dövlət arasında olan qarşılıqlı etimadı nəzərə aldıqda həmin qara qüvvələrin məqsədlərinin elə arzu olaraq qalacağını söyləmək olar.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyevin sözləri bu mənada çox şeyi ifadə edir. Prezident xalqla iqtidar arasındakı birliyə toxunaraq bunlara qeyd etmişdi: "...Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə rəzil olurlar. Son prezident seçkiləri bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər göstərdi...".

Dövlət başçısının bu fikirləri bir daha göstərir ki, Azərbaycan xalqı ağla qaranı ayırd etməkdə çətinlik çəkmir. Əgər biz tarixə nəzər salsaq, xalqımızın bu qəbildən olan qüvvələrin arzularını hər zaman ürəyində qoyduğunu görmüşük. 

Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycanın tolerant ölkə olduğunu bildirərək bəzi qara qüvvələrin bu məqamdan sui-istifadə etməyə cəhd etdiyini bildirib. O, belə deyib: "İstər ölkəmizdə məskunlaşan etnik xalqlara, istərsə digər məzhəblərə, təriqətlərə münasibətlərdə Azərbaycan xalqının, eləcə Azərbaycan dövlətinin tutduğu mövqe alqışalayiqdir. Ölkəmizdə dini tolerantlıq o qədər yüksək səviyyədədir ki, xarici güclərin istəyi ilə hərəkət edən bir çox məkrli qüvvələr bu sağlam mühitdən çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycanın dini mühitində müəyyən boşluqların olması faktı var. Bizim milli kimliyimizlə yanaşı, dini kimliyimiz var. Məhz dini kimliyi, habelə milli kimliyi bəlli olan, gerçək mənəviyyat adamlarının Azərbaycan dini mühitinə gətirilməsi ilə bağlı proqram hazırlanmalıdır. Əgər pu proqram hazırlanarsa, Azərbaycanın dini mühitində böyük bir irəliləyişin, yeni üfüqlərin hazırlanmasının şahidi olarıq. Fikrimcə, bu zaman hansısa məkrli qüvvələr təriqət təmsilçilərindən, inanclı qüvvələrdən sui-istifadə edə bilməyəcəklər. Bu bir faktdır ki, güc strukturları din adı altında fəaliyyət göstərən radikal qüvvələrin məzhəblərarası münasibətlərə zərbə vuracaq addımların qarşısını alırsa, bu dövlətimizin bütün məzhəblərə, təriqətlərə tolerant yanaşmasının nəticəsidir. Bəzi hallarda ermənipərəst beynəlxalq təşkilatların bunu dini basqı kimi qiymətləndirmələri yolverilməzdir. bu heç şübhə yox ki, ölkəmizə qarşı məkrli qüvvələrin siyasətidir. Zənnimcə, bu sahədə müəyyən maariflənmə işlərinin aparılmasına da ehtiyac var. Gerçək mənəviyyat adamları dini mühitimizə gətirilmədikcə, müəyyən xırda problemlər həllolunmamış qalacaq".

Bəzi millət vəkillərinin təriqət, məzhəb daşıyıcılarına çevrilməsinin xoşagələn hal olmadığını deyən C.Əzimbəyli bəzən bazar adamlarının Azərbaycanın dini mühitinə soxularaq özlərini müsbət mənada qələmə verərək, əslində dini tolerantlığa zərbə vuracaq addımlar həyata keçirirlər: "Təəssüf ki, Azərbaycandakı tolerantlıqdan istifadə edərək, ölkəmizdə təhsil, xeyri tədbirləri adı altında dövlətçiliyimizə zərbə vuracaq tədbirlərə cəhd edilir. Əfsus ki, həmin qüvvələrə dəstək olan nüfuzlu şəxslər var. Hətta hansısa millət vəkilinin dini tolerantlığımıza zərbə vuracaq məzhəb müdafiəçisi qismində çıxışının şahidi oluruq. Hesab edirəm ki, təmsil edildiyi dairədə müxtəlif məzhəblərin daşıyıcılarının olmasına baxmayaraq, həmin şəxsin bir məzhəbi müdafiə etdiyini bəyan etməsi dini tolrenatlığımıza ciddi zərbə vuran addımdır. Təəssüf ki, dövlətimizin qədər tolerant olmasına baxmayaraq, məhz bu kimi şəxslər sözügedən sahədə yürüdülən uğurlu siyasətə ləkə salır. Dövlətimizin bu sahədə atdığı addımlara zərbə vuracaq hər bir halın qarşısı zamanında alınmalıdır. Hesab edirəm ki, din mənsubları təriqət sahibləri, habelə bütün vətəndaşlarımız bu qüvvələrin niyyətini başa düşərək inanclarından sui-istifadə olunmasına imkan verməyəcəklər. Əgər xalqla dövlətimiz arasında olan qarşılıqlı inamı nəzərə alsaq, bu məkrli qüvvələrin arzusunun ürəyində qalacağını vətəndaşlarımızın onlara layiqli cavab verəcəyini söyləyə bilərik. Başqa sözlə desək, vətəndaşlarımız, xüsusən inanclı insanlar təriqət "oyunçularının" əlində alətə çevrilməyəcək".

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, hər kəs azərbaycançılıq ideyasına xidmət etməlidir, hər hansı bir təriqətin ideyasının daşıyıcısı olmamalıdır. O, bunları deyib: "İstisna etmirəm ki, Azərbaycanda nurçu təriqəti bu ya digər şəkildə dayaqlara malikdir. Lakin onların daşıyıcıları haqqında fikir söyləməkdə çətinlik çəkirəm. Diqqətimi ölkə prezidentinin hökumətin son iclası zamanı söylədiyi fikirləri cəlb edir. Çünki həmin iclas zamanı ölkə prezidenti xüsusi olaraq söylədi ki, xarici qüvvələrə xidmət edən insanlar var onlar nəticə çıxarmalıdır. Bəlkə ölkə prezidenti buna işarə edirdi, bunu dəqiq deyə bilmərəm. Hər halda nurçuların Azərbaycanda mövcudluğu istisna deyil. Əgər nurçuların şəbəkəsi hakimiyyət orqanlarına parlamentə qədər genişlənibsə, bu yolverilməzdir. Mən bunu çox təhlükəli hesab edirəm. Nurçular azərbaycançılığa Azərbaycan dövlətinin möhkəmlənməsinə güclənməsinə xidmət edən ideologiya deyil. Bizim ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıqdır. Bundan başqa, hər hansı bir ideologiyanın Azərbaycanda yayılmasına mən pis baxıram".

AQİL

 





04.03.2014    çap et  çap et