525.Az

Con F.Kennedi: Mərdliyin profilləri (davamı)


 

Con F.Kennedi: Mərdliyin profilləri <b style="color:red">(davamı)</b>

Benton Şimali Karolina universitetində bircə il oxumasına baxmayaraq, deyirdilər ki, Konqressin kitabxanasını öz başında gəzdirir əgər bir Senator kiminsə adını ya tarixi yaddan çıxarsa, həmin kitabxanadan qaranlıq bir cildi çıxarıb dəqiq səhifəni açır, oradakı düzgün məlumatı əldə edib, öz kolleqasına göndərməkdən böyük məmnunluq duyurdu. Onun özünün biliyə, xüsusən məskunlaşdırılmış Qərb barədəki biliyə yanğısı sönməz idi onu təkcə kitablara olan yaxınlığa deyil, həmçinin müasirlərinin bizə dediyi kimiovçulara tələ quranlara, skautlara, vəhşi yarım-tərbiyə olunmuşlara, hindu başçılarına iezuit missionerlərinə aparıb çıxarırdı”.

 

Lakin tələb olunan informasiyanın bir hesabı, öz buldoq (it cinsitərcüməçi) inadkarlığı quduz eqoizmi Senatı onun ştatının alovlanan bir məsələ üstündə uçuruma salan qabarma dalğasındanquldarlıqdan Tomas Hart Bentonu xilas edə bilməzdi. Bədbəxtlikdən bu çox gec olanda, Benton quldarlığı böyük məsələ kimi tanımaqdan imtina etmişdi, inanmışdı ki, 1820-ci il Missuri Kompromissi (bu Akt eyni vaxtda Missurini quldarlıq, Massaçusetsdən ayrılmış Meni isə quldarlıqsız ştatlığa qəbul etdi, bu qayda Birləşmiş Ştatlar Senatında sektsiyalar arasındakı tarazlığı saxlayacaqdı. Kompromiss həmçinin Luizina Satın alınmasının qalan hissəsində quldarlığı qadağan etditərcüməçi), bunu siyasətdən götürmüşdür (bu onun ştatını Birliyə, Bentonu isə Senata gətirdi)  Senatın zalında onun müzakirə olunmasından imtina etdirmişdi. O, deyirdi: “Mən quldarlığın qurulması Birliyin parçalanması müzakirələri ilə Senatı tənəzzülə apara bilmərəm”. “Belə debatın sakitliyi mənim duamdır; əgər bu edilə bilməsə, mən özüm sakit dayanacağam”. Konqressin yeni üzvlərindən biri, o, qullarını hələ Vaşinqtondakı evinə gətirirdi, buna baxmayaraq, bərabər qaydada həm abolitsionistlərin, həm bölünmə tərəfdarlarının həmin şərin Cənubun yeni ərazilərinə girib daim genişlənməsinin onun bədbəxtliklərinin Şimal təşviqatçıları tərəfindən abolitsionistlərə tərəfkeşlik kimi istifadə edilməsinin əleyhinə çıxırdı. Hər şeydən əvvəl belə bir faktdan narahat olmuşdu ki, bu məsələ hər iki tərəfdən Qərbin genişlənməsinə yeni ştatların Birliyə daxil olmasına daim maneə kimi qaldırılır.

 

Bentonun sonunun başlanğıcıbütün Texasda Oreqonda onun qaldırdığı antoqonizmlər tərəfindən artıq belə güclü qaydada təklif edilirdi – 1847-ci ilin 19 fevralında gəlib çıxdı. Con K.Kalhoun özünün Senatı həyəcanlandıran qətnamələrini oxudu, bu sənədlər təkid edirdi ki, Konqress ərazilərdə quldarlığa müdaxilə etmək hüququna malik deyildir. Sonrakı hadisələr Bentonun baxışlarının düzgün olduğunu göstərdi. Ona görə həmin qətnamələrseçki aparmaq parçalamaq niyyətləri üçün olan kösövdən başqabir şey deyildir. Bu, qul ştatlarının birləşmək üçün proqramla təmin edirözü təkcə bölmə kimi deyil, həm Kalhounun özünün liderliyinin Prezidentliyə namizədliyinin arxasında dayanmaq üçün. Buna baxmayaraq, Kalhoun bilavasitə səsverməyə keçməyə çağırdı; bundan sonra meydana gələn bir anlıq qarışıqlıqda o, öz kürsüsündən ayağa qalxan, iri böyük Bentonu gördükdə hirsli qaydada təəccübləndi, onun sifəti Kalhouna əvvəldən olan nifrətinə, qətnamələrə özünün siyasi taleyinə görə qızarmışdı:

 

Mister Benton: Mister Prezident, biz bəzi işləri görməliyik mücərrədliklər kəndirindən yapışıb mənim bu işlərdən uzaqlaşmaq niyyətim yoxdur.

 

Mister Kalhoun: ...Mən əlbəttə ki, güman edirəm ki, Missuridən olan Senator qul saxlayan ştatın təmsilçisi olmaqla, bu qətnamələri dəstəkləyəcəkdir...

 

Mister Benton: Senator mənim ictimai həyatımın bütün xəttindən yaxşı bilir ki, mən heç vaxt ictimai işi buraxıb, bütün dünyanı oda verən kösövü götürməyəcəyəm.

 

Mister Kalhoun: Onda mən centlmeni harada tapacağımı biləcəyəm.

 

Mister Benton: Mən düz yerdə, ölkəmin tərəfində Birliyin tərəfində tapıla bilərəm (Benton sonrakı illərdə yazırdı ki, “bu cavab həmin gün həmin yerdə verilməklə, mister Bentonun onun həyatında olan gələcək nəsillərin xatırlamasını arzu etdiyi insidentlərdən biridir”)”.

 

Kalhoun bir sıra sirrləri açanda, qul ştatlarından olan Konqressmenlərin gecə keçirilən görüşü Bentonun missurili kolleqası Atçison tərəfindən güclü surətdə dəstəkləndi. Benton bu məsələ barədə nəsə etməkdən imtina etdi. Cənubi Karolinadan olan Kalhounun kolleqası onu duelə çağırdı, Benton onunla da nəyisə etməkdən imtina etdi. O, quldarlığın düşməninin qiymətləndirilməsi barədəki böyük nitqinin çatdırılmamasına görə Con Kvinsi Adams tərəfindən xəbərdarlıq ediləndə, o, belə xəbərdarlığa diqqət verməkdən imtina etmişdi. nəticədə, 1848-ci ildə quldarlıq məsələsi ayrıca Demokratik partiya tərəfindən qurultayda qoyulanda o, ayrılmaya acı peşimançılıq edəndə, məsələnin əhəmiyyətini inkar etmişdi, düşərgəni fəal surətdə dəstəkləməkdən imtina etmişdi. Bu vaxt o, partiyasız, etiraf edilən platforması olmayan bir siyasətçi seçicisiz Senator idi.

 

Erkən 1849-cu ildə səs-küy qalxdı. Bir neçə Cənub ştatının qanunvericilikləri öz qətnamələrinin qəbul edilməsinə müvəffəqiyyətlə nail olduqda, Bentonu onun düşmənləri qarşısında məhkum etdi, onuCənubun son on ili üçün saxtakaradlandırdı. “O, bizə öz düşərgəmizdə olduğundan daha çox, abolitsionistlərin düşərgəsində yara vura bilər. O, bütün xainlərin taleyini yaşayacaqdır”. Üstünlük təşkil edən ehtiyatla Missuri Qanunvericiliyi Kalhoun qətnamələrini qəbul etdi, missurililərin digər qul saxlayan ştatlarla əlbir olmaq arzusunu ifadə etdi öz Senatorlarını təlimatlandırırdı ki, müvafiq qaydada səs versinlər. Bu maneədən qəzəblənən Benton ittiham irəli sürdü ki, qətnamələr Vaşinqtonda ilhamlandırılmışdır Missurinin həqiqi rəyini saxtalaşdırmışdır. O, deyirdi ki, onlariyrənc birləşmənin ləkələnmiş törəmələridir, Birliyə gizli xəyanət qoxusu verirlər”.

 

Onlarla mənim aramda, indiki ilə əbədilik arasında hündür divar dərin xəndək vardır. onlarla heç bir əlaqə, heç bir kompromiss, heç bir partiya müşavirəsi ola bilməz. Bunu rəhbər tutaraq mən Missuri xalqına müraciət edəcəyəm əgər onlar təminatları təsdiq etsələr, mən onlara imkan verəcəyəm ki, öz arzularını həyata keçirən Senator tapsınlar, çünki mən bu Birliyi dağıtmaq üçün heç edə bilmərəm ya onun yarısını başqa yarısının üstünə göndərə bilmərəm”.

 

Qanunvericiliyin qətnamələrinin geri götürülməsini ya onun rədd edilməsini görməyi qərara alıb, Benton öz düşmən ştatındakı aqressiv turuna başladı. O, öz partiyası üçün aparıcı Cənub sözçüsünüConKatalinaKalhounkimi məhkum etdi (bu məhkum edilməni o, Kalhounun uzun sürən xəstəliyindən sonra, 1850-ci ildəki ölümündən bir az əvvəlki vaxta qədər davam etdirdi. O, öz hücumlarını onda dayandırdı ki, özünün dediyi kimi, ona görə ki, “Qüdrətli Allah öz əlini adamın üstünə qoyanda, ser, mən öz əlimi çəkdim”). Öz tikanlı sarkazmını qısa kəlmələrlə, nəhəng qəzəbinin, nifrətinin ələ salmasının bombalayan ildırım zərbəsi ilə günbəgün, şəhərbəşəhər davam etdirirdi, öz opponentlərinə onların siyasətçilərinə acı invektivalarla (latıncasöyüşlü nitqdeməkdir, qəzəbli ittiham mənasını verirtərcüməçi) hücum edirdi. Onun hökmlü rəhmsiz sərtliyi, şəxsi qisasçılığı barışıq bilməyən düşmənçiliyi, barışıqla başqa dəstəyinə malik ola biləcəyi adamların da çoxunu onun yanından qovurdu. Kütləvi mitinqə o, “dostlarım mən bu şəraitdə dərk edirəm ki, həqiqəti dinləməyə ona inanmağa gələnlərbaşqa heç kəssözləri ilə başlayıb, həmin qətnamələrəöz faktlarında saxta, öz xarakterində fitnəkar, öz obyektini birliyi parçalamaq edən, öz vasitəsini yüksək xəyanətdə görən uzurpasiya xarakterlikimi hücum etdi. Qətnaməninbütöv konsepsiyası yalan olmaqla, onların qəbul edilməsi tam aldatma ilə baş verməklə... məni Senatdan Birliyi dağıtmaq qəsdçilərinin yolundan uzaqlaşdırmaq qəsdidir”. Uzunmüddətli siyasi düşməni, deyilənlərə görə qətnamələrin layihələrini tərtib edən hakim Neptona hücum edərək, deyirdi ki, hər bir adam öz şəraitinə müvafiq qaydada elə ölçülərdə hərəkət edə bilərdi ki, o, “Birləşmiş Ştatların qanunlarına görə dar ağacından asılmaq subyekti olsun əgər hakim dar ağacından asılmağa layiq olacaqsa”.

 

Bir gün qanunvericiliyin hər bir üzvünün adını sərt şəkildə oxuyanda onlara izah verəndə o, “D-sfamiliyası gələndə dayandı dedi ki, o, Nullifier iyi verir. Deyvis adlı qanunverici etiraz etməyə qalxanda, Benton qaş-qabaqlı halda dedi: “Mən heç vaxt sənin adını çəkməmişəm, ser. Profilini auditoriyaya tərəf çevir... (səfeh kimi, Deyvis bunu icra etdi). ...Vətəndaşlar, bu insan profili deyildir; bu it profilidir”. Köhnə dostu təsadüfən şlyapasını çıxarmayıb, ona çıxışının ortasında sual verəndə, Benton acıqlı qaş-qabaqla dedi: “Vətəndaşlar, bu adam kimdir, kim Bentonun çıxışını dayandırmağa cəsarət edə bilər?” “Aykok, polkovnik Aykok” – deyə bir düjin səs cavab verdi. “Aykok? Yox, vətəndaşlar, yox, xoruz deyil, daha çox toyuqdur (“aycocksözündəkicockingilis dilindəxoruzdeməkdirtərcüməçi). Ser, şlyapanızı çıxarın, ser öz yerinizdə oturun”.

 

Digər bir şəhərdə üç düşməni platformadakı yerdə onun yanında sakitcə oturanda, o, onların qətnamələrinigöbələk xərçəngikimi xarakterizə etdi, o, zəhərli şəkildə onlaraüç fahişənin xaç vuranda yalançı utancaqlığıadını verdi. Onun diqqəti hörmətli opponentin tənqidinə yönələndə, o, arxaya dönüb dedi: “Ona bir söz çatdırın ki, Benton deyir ki, o, qarnının dərinliyindən dilinin dibinə qədər yalan deyir”. keçmiş dostu onun xəttini bəyənmədiyinə görə onu hətta salamlamağa da məhəl qoymayanda, həmin bədbəxt centlmen təzim edib ona öz adını xatırlatdı. Benton soyuq şəkildə cavab verdi: “Ser, bir vaxtlar bir adamı adı ilə tanıyırdım, ancaq o, ölmüşdür, ser, o, ölmüşdür”. O, Fayett platformasına qalxanda, əgər o, şəhərin ərazisinə daxil olsaydı, həyatı təhlükədə ola bilərdi, silahlı adamların bədənindən səs gəlməyə başladı. Lakin Ceffersonunİnquirer”-ə müvafiq olaraqsaatın dörddə biri ərzində təhqir edənlər qorxdular; dörd saatlıq çıxış hörmət alqışla qarşılandı”.

 

Lakin Bentonun coşqun keçən səfəri bir adamdan ya bir ayrıca ştatınkından çox böyük olan axını dayandıra bilməzdi. Kalhoun yayın sonunda ört-basdır edilməyən bir şənliklə dostuna yazırdı ki:

 

Deyirlər ki, Benton Missuridə dayanmağa qadir ola bilməyəcəkdir. Kolleqası general Atçison... deyir ki, Senator seçilməyə nisbətən onun Papa seçilməyə daha yaxşı şansı vardır”.

 

Bentonun dostu, başqa şəkildə yazırdı:

 

Mən üzr istəyirəm, mister Benton o qədər asiliyə yol vermişdir ki, hələ onun opponentlərinə bu hörməti... ağıla arxalanmır, ştatdakı iyirmi iki Demokratik qəzetdən doqquzu onu satqın, dönük, davakar, lampa odluğu anbarı, abolitsionist azad-torpaqçı epitetinə layiq görür. Mən qorxuram ki, Benton məğlub olacaqdır”.

 

Onun turu başa çatanda ən azı özünün şəhərdə açıq meydana çıxmağına əmin olaraq, Benton Missuri xalqına məktub göndərdi:

 

Bilirəm ki, mənə qarşı bu qəsd üçün heç bir səbəb yoxdur, bircə ondan başqa ki, mən bütün çürük siyasətçilərin təbii düşməniyəm. Mən Birliyin olduğu kimi tərəfdarıyam həmin səbəbə görə mister Kalhoun məni Cənuba qarşı xain kimi pisləyir... Onun Massaçusetsdəki bütün ardıcıllarına verdiyi siqnal mənə qarşı işləməlidir.... Qəsd indi qurulmuşdur... Qətnamələrin yalanla ləğv edilməsi keçmişdir, bilirdilər ki, mən buna tabe olmayacağam... Mənə hücum etməyə ştatın bütün hissələrindən adamlar təyin edilmişdir... Adamlarla dolu mitinqlər məni məhkum etmək üçün təşkil olunur... Qəzetlər onların xidmətindədir... çox sayda yaxşı vətəndaşlar aldadılmışdır”.

 

(Ardı var)
 





04.03.2014    çap et  çap et