525.Az

Elm və təhsilin inkişafında gənclərin iştirakı milli strategiyanın prioritet istiqamətidir


 

Elm və təhsilin inkişafında gənclərin iştirakı  milli strategiyanın prioritet istiqamətidir<b style="color:red"></b>

Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qırılmaz bir bağ olaraq nəsildən nəsilə ötürülərək davam etdirilməsi, etibarlı parlaq gələcəyin təminatı şübhəsiz ki, elm təhsilin uğurlu dinamik inkişafı ilə birbaşa bağlıdır. Bütün bu sadalanan amillər peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Məhz bu potensialdan düzgün istifadə edilməsi, bu istiqamətdə qurulan uğurlu siyasət milli inkişafın gələcək üçün sarsılmaz qarantıdır. Bakı Dövlət Universitetinin Gənc alimlər şurasının bir üzvü kimi mən bu barədə öz mülahizələrimi bildirmək istərdim.

Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Gənclik gələcəkdir bu gələcəyin parlaq olması ilk növbədə məhz gəncliyə olan diqqət qayğının təməl daşını təşkil edir. Təbii ki, onlar arasında xüsusilə diqqət qayğıya ehtiyacı olanlar gənc olmalarına rəğmən elm təhsil sahəsində çalışaraq həyatlarını maariflənməyə, öyrənməyə eləcə maarifləndirməyə öyrətməyə həsr edən, bilik təcrübə qazanmağı öz həyat qayələrinə çevirən gənc alimlərdir. Məhz bu səbəbdən gənclərə, gənc alimlərə dövlət səviyyəsində göstərilən diqqət qayğı əslində səbəbsiz deyil.

"Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir", - deyən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə gənclik potensialından ölkənin mənafeyi naminə tam düzgün istifadə olunması, gənc alimlərin elmi fəaliyyəti üçün şərait yaradılması, dövlət idarəetməsində gəncləşdirmə siyasətinin aparılması,  onların faydalı məşğulluğunun təmin edilməsi məqsədilə kompleks sistematik tədbirlər həyata keçirilməkdədir. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi bunun ən bariz parlaq nümunələridir.  2013- ildə Prezident tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" isə ümumiyyətlə elm təhsil sahəsində uzunmüddətli sistematik strateji proqram kimi rəhbər funksiyasını yerinə yetirməkdədir.  Bu strategiya şübhəsiz ki, elm təhsilin daha da inkişaf etdirilməsinə böyük təkan vermiş olacaq.

Məhz bunun nəticəsidir ki, son illərdə gənclərin elmə axınında nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Dissertasiya müdafiə edən alimlərin yaş tərkibi bunun əyani sübutudur. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, 2003- ildən başlayaraq elm gəncləşir elmin qocalması barədə əvvəlki narahatlıq artıq aradan qalxmaqdadır. Müdafiə edən fəlsəfə doktorlarının orta yaşı 29-32 təşkil etməkdədir. Son illərdə doktoranturaya qəbul zamanı isə əsl rəqabət havası hiss edilir. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, respublikada elm təhsilin inkişafı ilə bağlı Dövlət Proqramlarında kadr potensialının qorunub saxlanması, gəncləşdirilməsi inkişaf etdirilməsi başlıca vəzifə kimi qoyulmuşdur. Bu gün dövlət gənclər siyasəti gənclərin öz bilik bacarıqlarının, təbii potensialının səmərəli reallaşdırılmasını özündə ehtiva edir.

Qloballaşan dünyada, dəyərlər mədəniyyətlər sisteminin qarşılaşdığı, çulğalaşdığı bir dövrdə müasir zamanın yeni çağırışları ölkəmizdə informasiya cəmiyyətinin qurulması prosesi Azərbaycanın müasir gəncliyinin qabaqcıl hissəsi olan gənc, intellektual, ziyalı gəncliyin qarşısında yeni tələblər şərtlər qoymaqdadır. Bu şərtlərə, tələblərə isə daim öz üzərində işləməklə yanaşı, elm təhsilin inkişafına dəstək olmaqla cavab vermək mümkündür. Gənclərin yaradıcı intellektual potensialının üzə çıxarılması inkişafı, onların geniş şəkildə elmi, yaradıcı intellektual fəaliyyətə cəlb edilməsi, informasiya cəmiyyətinin başlıca şərtlərindən irəli gələrək elm, təhsil yeni texnologiyalara maraqlarının artırılması bu istiqamətdə davamlı kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim mütəxəssislərə fəaliyyətləri sahəsində yeni innovativ texnologiyaların mexanizmlərin tətbiqini zəruri edir.

Yuxarıda sadaladığımız bu faktorlar elm təhsil ocaqları olan ali məktəblər qarşısında da böyük vəzifələr qoyur.

Bu gün Azərbaycanda ali məktəblərin sayı onlarladır. Onların hər biri öz tələbələrinə ali savad verməyə səy göstərir, gələcəkdə dövlətinə millətinə bağlı vətənpərvər gənclər yetişdirməyə çalışırlar. Razılaşaq ki, məhz ali məktəb auditoriyalarında gənc nəslin fikir düşüncə təməlləri atılır, onların gələcəyi müəyyənləşdirilir. Bəlkə o səbəbdəndir ki, ata-babalarımız elm mərkəzlərinə hər zaman müqəddəs yer olaraq, ocaq kimi baxıblar.  

Çoxsaylı ali məktəblər arasında biri var ki, seçilir, öz tarixi, yetişdirdiyi şəxsiyyətləri, intellektual kadr potensialı hətta tələbələri ilə daha fərqli görünür.

1919-cu ildə 44 nəfər əməkdaşla fəaliyyətə başlayan Bakı Dövlət Universiteti tez bir zamanda xalqımızın elm məbədgahına çevrildi. Universitetin ilk rektoru  professor V. İ. Razumovskinin sözləri ilə desək, "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı". Bu elm məbədgahı tezliklə təkcə Qafqazın deyil, bütünlükdə Yaxın Orta Şərqin, böyük türk-islam dünyasının ən qabaqcıl elm tədris mərkəzlərindən biri oldu.

Bakı Dövlət Universitetinin dövlətimiz millətimiz qarşısında xidmətləri olduqca böyük danılmazdır. Bu gün dövlətimizin xidmətində duran 100 minlərlə yüksək ixtisaslı, peşəkar kadrlar məhz bu universitetin yetirmələridir. Öz elmi nailiyyətləri ilə xalqımızı, dövlətimizi, mədəniyyətimizi dünyanın müxtəlif guşələrində layiqincə təmsil edən yüzlərlə tanınmış alim ziyalılarımız, ictimai-siyasi xadimlərimiz Bakı Dövlət Universitetinin auditoriyalarından çıxmış insanlardır. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun da vurğuladığı kimi, "Azərbaycan xalqının bu möhtəşəm elm məbədi ən böhranlı illərdə belə öz tarixi missiyasını ləyaqətlə yerinə yetirmiş, hər hansı çətinliyə baxmayaraq milli dəyərləri, namuslu fikri ( əməli) müdafiə etməyə həmişə qadir olmuşdur". Bütün bunlar Azərbaycan cəmiyyətini bu ali təhsil ocağından kənar təsəvvür etməyimizi mümkünsüz edir.  

Bu gün Bakı Dövlət Universitetində 1300-dən çox professor-müəllim heyəti Azərbaycanın gənc nəslinin intellektual yetişməsi üçün var qüvvəsi ilə çalışır. 300-ə yaxın elmlər doktoru, professor, 800-ə qədər elmlər namizədi universitet auditoriyalarında gənclərimizə elmin müxtəlif sahələrinin incəliklərini öyrədir, onları həm ziyalı, həm vətəndaş olaraq gələcəyə hazırlayır, milli-mənəvi dəyərlərimizin təbliğatçısı kimi çıxış edir. BDU-nun professor-müəllim heyətinin 150-dən çoxu dövlətin ali orden medalları ilə təltif edilmiş, 19 nəfəri AMEA-nın həqiqi müxbir üzvü, 12 nəfəri Milli Məclisin deputatı, 5 nəfəri Dövlət mükafatı laureatı, 30 nəfəri Əməkdar elm xadimi, 41 nəfəri Əməkdar müəllimdir. Universitetimizin təmsilçiləri ABŞ, Rusiya, Türkiyə, İngiltərə, İsveçrə, Almaniya, Fransa, Rumıniya başqa ölkələrin ali məktəblərinə mühazirə oxumaq üçün dəvət alırlar. Hazırda Bakı Dövlət Universiteti dünyanın 200-dən artıq aparıcı universiteti ilə ikitərəfli müqavilələr əsasında birgə elmi araşdırmalar, müəllim-tələbə mübadiləsi digər sahələrdə əməkdaşlıq edir. Universitet 40 ölkənin 143 universitetini əhatə edən Avropa Universitetləri Assosiasiyasının, Avroasiya Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri Şəbəkəsinin Xəzəryanı Ölkə Universitetləri Assosiasiyasının üzvüdür.

BDU elm təhsilin inkişafı üçün öz töhfələrini daim verməkdə olan flaqman funksiyasını uğurla davam etdirməkdədir. Bununla əlaqədar olaraq universitetdə beynəlxalq, respublika miqyaslı universitetdaxili qrant layihələri həyata keçirilməkdədir. BDU-da təhsil səviyyəsinin yüksək olmasının nəticəsidir ki, rəsmi statistikaya əsasən, son 4 il ərzində dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən müvəffəqiyyətli nəticələr göstərən iddiaçıların böyük əksəriyyəti məhz BDU-nun məzunlarıdır. BDU-da elmi potensialın yüksək səviyyədə olmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqələrində qalib gələn  araşdırmaçı alimlərin əksəriyyəti universitet təmsilçiləridir. BDU-nun alim tədqiqatçıları hər il ümumi dəyəri beş milyon ABŞ dolları tərtibində olan 80-dan çox  beynəlxalq yerli layihələrin həyata keçirilməsində iştirak edirlər. Bu layihələr nəticəsində BDU-da fizika, kimya digər elm sahələrinə aid ən müasir cihazlarla təmin edilmiş yeni elmi-tədqiqat tədris laboratoriyaları açılaraq tədqiqatçıların ən əsas da tələbələrimizin ixtiyarına verilib.

Universitetdaxili "50+50 qrant proqramı" isə xüsusi vurğulamaq istərdik. Sözügedən layihə BDU-da təhsil alan tələbələr, magistrantlar, doktorantlar eləcə çalışan gənc alim müəllimlər üçün stimul dəstək rolunu ifadə etməkdədir. Məhz bu uğurlu proqram sayəsində tələbələrimiz, aşağı kurslardan başlayaraq layihədə işləmək bacarıqlarına eləcə müstəqil tədqiqat aparmaq, elmi araşdırma ilə məşğul olmaq vərdişinə yiyələnirlər. Gənc alimlərə isə bu layihə, çalışdıqları elmi-tədqiqat sahəsində əlavə stimul maddi dəstək vermiş olur. BDU-da gənclərə göstərilən bu qayğının nəticəsidir ki, bu il BDU-nun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Flora Hacıyeva Gənclər üçün Prezident Mükafatına layiq görülmüşdür.

BDU indi 17 fakültəni, 125 kafedranı, 2 Elmi Tədqiqat İnstitutunu, 30-dan çox elmi-tədqiqat tədris laboratoriyasını, 3 milyona yaxın kitab fondu olan zəngin kitabxananı əhatə edən, geniş tədris elmi tədqiqat kompleksini birləşdirən mürəkkəb, çox şahəli elm təhsil məbədgahıdır. Hazırda universitetdə bakalavriat pilləsində 57 ixtisas, magistratura pilləsində isə 190 ixtisaslaşma üzrə 20 minə yaxın tələbə təhsil alır.

Tələbələrin nəzəri biliklərlə yanaşı dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək məqsədi ilə  onlar üçün çöl təcrübələri imkanları genişləndirilir. Məsələn, bu il Bakıdan təxminən 200 kilometr kənarda, zəngin təbiəti olan Quba rayonunda Tədris-təcrübə mərkəzi tikilib istifadəyə verilmişdir. 450 nəfər üçün nəzərdə tutulan bu mərkəzdə universitetin 10 fakültəsinin tələbələri təcrübə keçəcək, müasir laboratoriyalarda tədqiqatlar apararaq həm istirahət edəcəklər. Biz bu şəraiti gəncliyə göstərilən bir qayğı, elmi innovasiyaların tədris mühitinə köçürülməsində faydalı addım kimi qiymətləndiririk.

Bakı Dövlət Universitetində gənclərin hətta uşaqlıq illərindən elmi avadanlıqlarla tanış olub onlarla rəftar vərdişləri qazanmasına da ciddi fikir verilir. Bu məqsədlə, universitetin nəzdində olan liseyin şagirdlərinin elmi mühitlə ünsiyyəti yaradılır. Xüsusi istedadı, bu mühitə bağlılığı olan şagirdlər seçilərək onlarla xüsusi təcrübə dərsləri keçirilir onların gələcək elmi istiqamətləri müəyyənləşir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu təcrübə çox səmərəli nəticələr verir.

Dövlətimizin, xalqımızın tərəqqisi naminə layiqli insanlar, mütəxəssislər yetişdirmək üçün ən incə məqamlara belə diqqət yetirən universitet rəhbərliyi tələbələrin yüksək səviyyəli təhsil almalarını təmin etmək məqsədi ilə var qüvvələri ilə çalışırlar. Təsadüfi deyil ki, bu ali təhsil mərkəzi ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Prezidentimiz İlham Əliyevin böyük əzm qətiyyətlə davam etdirdiyi siyasi kursun dəstəkçisidir, müstəqil Azərbaycanın sosial dayağıdır. 

Vüqar ƏLİYEV

BDU-nun Jurnalistika fakültəsinin dosenti,
Filologiya elmləri üzrə fəlsəfə doktoru

 





04.03.2014    çap et  çap et