525.Az

Cabbarlışünaslığa ən yeni töhfə


 

Cabbarlışünaslığa ən yeni töhfə<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji
Universitetinin  "Azərbaycan
ədəbiyyatı tarixi" kafedrasının müdiri,
filologiya üzrə elmlər doktoru, professor

Milli ədəbiyyatşünaslıq elmimizin dəyərli nümunələrinin coğrafi hüdudlarımızdan kənarda, xarici ölkələrdə böyük tirajlarla davamlı nəşr olunması qürurlandırıcı faktdır bu qəbildən filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin Türkiyənin nüfuzlu "Manas" nəşriyyatında "Cəfər Cabbarlı: həyatı, sənəti mücadiləsi" adlı monoqrafiyasının işıq üzü görməsini mübaliğəsiz ədəbi hadisə adlandırmaq olar. A.Rüstəmlinin böyük sənətkarımız Cəfər Cabbarlıya həsr etdiyi "Susmaz duyğuların səltənətində", "C.Cabbarlı: həyatı mühiti" adlı tədqiqatlarının elmi-nəzəri səviyyəsinə bələdəm xüsusilə onun "Cəfər Cabbarlı ədəbi - mədəni mühit" adlı fundamental tədqiqatı haqqında düşüncələrimi dəyərli oxucularla bölüşmək fikrindəyəm.

Bu araşdırmada mövzunun  qloballığının, kontekst genişliyinin öncədən nəzərə alındığı struktur düzənindən aydın görünür. Belə ki, əsər beş fəsli, otuz beş bölmə yarım bölməni özündə ehtiva edən bu struktur tarixə məqsədyönlü ekskurslar etmək, "Cəfər Cabbarlı ədəbi - mədəni mühit" kimi monumental bir mövzunu çeşidli problemlər müstəvisində hərtərəfli araşdırmaq, bədii örnəkləri yeni baxış bucağı altında dəyərləndirib mövqe nümayiş etdirmək imkanı verməsilə xarakterizə olunur.

Cabbarlışünaslılığı yeni düşüncə müstəvisində səciyyələndirməyə hesablanan tədqiqatın elmi yeniliyində yer alan "ilk", "İlk dəfə", "birinci dəfə" kimi ifadələr Asif Rüstəmlinin tapıntılarından soraq verir. "İlk dəfələr" araşdırmada elmi əsasda reallaşır, kontekstdə ədəbi irtica inzibati terrordan salamat çıxan C.Cabbarlının aşkarlığın yeni təfəkkürün sınağından çıxmaq qat-qat asan olduğu qənaətinə gəlinir. Əsərin ilk səhifələrində C.Cabbarlını XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təkamülündə inkişafında müstəsna xidmətlər göstərmiş sənətkar, fenomenal təfəkkür sahibi kimi səciyyələndirən Asif Rüstəmlinin bu tədqiqatı ilk milli cabbarşünaslıqda yeni söz demək istəyi aydın görünür. Araşdırmanın yeni yöndə gəlişdirmə C.Cabbarlı epoxası, ədəbi-tarixi mühiti barədə gözəl mövqe sərgilənməsinə zəmin yaratmışdır. Müstəviyə çıxarılan yeni materiallarla C.Cabbarlı yaradıcılığının buraxılmış səhifələri bərpa edilir, sənətkarın ömür yolunun qaranlıq məqamlarına işıq salınır. Monoqrafiyada öncəki tədqiqatlara qədrşünaslıqla yanaşılır onlara əsaslandırılmış tənqidi münasibət bildirilir. Əlbəttə, C.Cabbarlının bədii irsi barədə tədqiqatçıların sıxlığı ədibin yaradıcılıq axtarışlarının çözülməsinin tam yetərli olması demək deyil. Lakin eyni zamanda ədibin yaradıcılığının mahiyyətinə varmağa yönəlik çeşidli tədqiqatların meydana gəlməsi təbiidir. Qloballığı ilə fərqlənən "Cəfər Cabbarlı ədəbi - mədəni mühit" tədqiqatı məhz dəyərlərin bir araya gətirilməsi baxımından yeni sıra təşkil edir. Mahiyyətə yönəlik açıqlamalar problemin təməl prinsipləri haqqında fikir formalaşdırır araşdırmaçının ədəbi-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyini  görükdürür.

Mahiyyətdən qaynaqlanan fəsil bölmələr müəllifə Cəfər Cabbarlı ədəbi - mədəni mühit problemini tarixi zaman müstəvisində üzə çıxarmaq, ədəbi uğurları incələmək, ədibin yaşadığı çağların gerçək mənzərəsi barədə konseptual fikir söyləmək imkanı vermiş, əsərlərinin kimi ədəbi-tarixi zəmində meydana çıxması, hansı bədii-estetik, fəlsəfi-ideoloji, nəzəri-psixoloji qaynaqlardan barınması məsələlərini yeni ədəbiyyatşünaslıq düşüncəsi əsasında tədqiqinə təkan vermişdir. "Cəfər Cabbarlı yaradıcılığının tədqiqat tarixindən" fəslinin ilk sırada yer alması təsadüfi deyil. Tədqiqatın məntiqindən qaynaqlanan fəsil mövzunun tarixinə ekskurs etmək, mülahizələri mahiyyət müstəvisində incələmək baxımından səciyyəvidir. Yüzilliyin əvvəllərinin mürəkkəb, keşməkeşli çağlarının ideologiyasına köklənən ədəbi-nəzəri fikirlərin konseptual müstəvidə dəyərləndirilməsinə böyük ehtiyac var. Cabbarlışünaslığı Azərbaycan əbəbiyyatşünaslığı kontekstində səciyyələndirən Asif Rüstəmli onun elmi-nəzəri düşüncəmizin müstəqil aparıcı qolu olması barədə konseptual mülahizələr yürüdür. Cəfər Cabbarlı yaradıcılığı haqqında nəzəri baxışlar toplusunu özündə əks etdirən fəsil: "İlk ədəbi mülahizələr dövrü" (1917-1934), "C.Cabbarlı yaradıcılığı sovet ədəbiyyatşünaslığında" (1935-1990), "C.Cabbarlı yaradıcılığı müstəqil Azərbaycanın elmi-nəzəri düşüncəsində" bəndlərində çözülür.

Təfəkkürünü tarixi-ədəbi müstəvidə gəzişdirən Asif Rüstəmli C.Cabbarlı irsinə ifrat sosioloji tələbdən yanaşanları yeni elmi-nəzəri düşüncə əsasında araşdırma predmetinə çevirir. "İlk ədəbi mülahizələr" bölməsi ilə "C.Cabbarlı irsi müstəqil Azərbaycan elmi-nəzəri düşüncəsində" bölməsi mahiyyət müstəvisində bir araya gətirilərək fəslin başlıca ideyasının açılışına yönəldilir isbat olunur ki, cabbarşünaslıq məhz bu çağda öz problemlərini uğurla reallaşdıra bilərdi. Bölmələr konkret tarixi faktlar arqumentlər əsasında ilgiləndikcə cabbarşünaslığın başlancığının sonrakı inkişaf mərhələlərinin kimi problemlərlə qarşılaşdığı ortaya çıxır. Tarixə tarixiliyə varmaq iqtidarı, yeni cabbarşünaslıq düşüncəsindən boy göstərən şərhlər problemi qlobal müstəvidə, çeşidli rakursları ilə çözmək istəyi bildirir. Məsələn, "İlk ədəbi mülahizələr" cabbarşünaslığın yenicə boy göstərdiyi məqamların yetərincə tədqiqi məntiqi olaraq "C.Cabbarlı yaradıcılığı Azərbaycan sovet ədəbiyyatşünaslığında" bölməsinin müstəviyə çıxarılmasına obyektiv zərurət yaratmışdır. Tarixi gerçəklərə müqayisə paralellərə dayaqlanaraq açıqlama verilməsi, bəzi vulqar-sosioloji dəyərləndirmələrə tənqidi yanaşılması məqamları elmi obyektivliklə tədqiqdən soraq verir.

Monoqrafiyanın "C.Cabbarlı mühit" adlanan ikinci fəsil taleyönlü məqamlara ekskurs etməyə assosiativ idrakın çevrəsini genişləndirməyə hesablanıb. Tarixi zaman müstəvisində sərbəst təfəkkür gəzişmələr C.Cabbarlı bioqrafiyasının ayrı-ayrı məqamlarına aydınlıq gətirir, ədəbi simasının bədii yaradıcılığının hansı amillərdən qaynaqlandığı, kimi ictimai-siyasi, ədəbi gerçəklərdən boy atması barədə fikir formalaşdırır bədii örnəkləri tale yolu müstəvisində bir araya gətirməyə zəmin yaradır. Məqamlar siyasi-tarixi reallıqlar müstəvisində incələndikcə ədibin milli ruhu, ədəbi-bədii düşüncə qaynaqları haqda elmi mükəmməllik əldə edilir kontekstdə ədibin həyat yolu yaradıcılıq laboratoriyası barədə məqsədyönlü şərhlər verilməsinə zəmin yaranır. Tarixi məkan bədii zaman amilinin önə çıxarılması cabbarşünaslıqda yeni bir tədqiqat istiqaməti kimi hədsiz maraq doğurur. Cümhuriyyət dövründə ədəbi-mədəni mühitin mənasına varan professor Asif Rüstəmli orada C.Cabbarlı şəxsiyyəti sənətinin məqamı qarşılıqlı təsir imkanları barədə konkret mülahizələr yürüdür. C.Cabbarlının dövrü, həyatı, ilk təhsil illəri, həyatının son dövrü, vaxtsız vəfatı ilə bağlı çeşidli faktlar dəqiqləşdirmələr böyük zəhmət aramsız axtarışlar tələb etmişdir. Teatrı sənətlə həyatın təmaslarının, milli özünüdərk prosesinin cərəyan etdiyi məkan kimi səciyyələndirən müəllif orada C.Cabbarlının məxsusi yerini məqamını konkret faktlar əsasında geniş şərh edir. Problemlər çözüldükcə C.Cabbarlı şəxsiyyətinin sənətinin özəllikləri, qlobal bədii düşüncə çevrəsi barədə fikir formalaşır, bədiyyatının vaxtdan ucalığı təsdiqini tapır. "Əfqanıstan" pyesinin taleyi" bölməsi tədqiqatçıya ədibin yaşadığı dövrün mənəvi-psixoloji sıxıntıları haqda açıqlamalar verməyə, tarixi zamanla ədibin dramatik münasibətinə səbəb olan amillərin doğurduğu fəsadlar barədə konkret mülahizələr yürütməyə, yazıçının bioqrafiyasında əksini tapan inqilabi-siyasi gerçəklər amilini sənət konsepsiyası müstəvisində dəyərləndirməyə zəmin yaratmışdır. Bu qəbildən olan dramlarda tarixin müasirliyini daxili mündəricə qatında arayan tədqiqatçı kontekstdə ədibin yaradıcılıq laboratoriyasının sirləri barədə fikir formalaşdırmaq imkanını da ortaya qoyur. Cəfər Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi simasının ümumən mürəkkəb ictimai-siyasi situasiyalardan keçərək büllurlaşan sənət stixasiyasının incəliklərini tədqiq predmetinə çevirməyə, ədibin bədii arsenalının tarixiliklə müasirliyin sintezi müstəvisində araşdırılmasına hesablanan "Cəfər Cabbarlı Azərbaycan milli istiqlal hərəkatı" fəsli cabbarşünaslığı çağdaş elmi-nəzəri düşüncə əsasında irəlilətməyə zəmin yaratması ilə diqqəti çəkir. Fəslin ideyasını zamanın bədii üslubi biçimi əsasında reallaşdırmağa çalışan tədqiqatçı milli-tarixi kimlik amilini önə çəkir. Azərbaycan xalqının intibahında C.Cabbarlı sənətinin iqtidarı faktına aydınlıq gətirir. C.Cabbarlının milli azadlıq hərəkatında fəal iştirakı çevrəyə təsir imkanları haqda fikir yürüdən tədqiqatçı Mir Həsən Vəzirovun mülahizələrinə M.B.Məhəmmədzadənin "Açıq söz" qəzetində çap etdirdiyi məqalədəki qənaətlərinə istinad edir. Fəslin "Tələbə cəmiyyətindən türkçülüyə doğru" bölməsində "İttifaqi-mütəəllimin", "Məclisi-Müəssisana"nın yaranma tarixi qarşısında duran vəzifələrə C.Cabbarlının bu təşkilatlarda rolu məqamı haqda şərhlər araşdırmaçını "C.Cabbarlı hərəkata poetik ahəng, siyasi istiqamət verir, məramında mübarizəsində taktikasını strategiyasını bəyan edir" qənaəti ilə sonuclanır. Tədqiqatçı həm o fikrində haqlıdır ki, C.Cabbarlının Cümhuriyyət dövrü ədəbi fəaliyyətini Sovet ədəbi tənqidi qiymətləndirirkən bəzən ifrata varmış, qərəzli qeyri-obyektiv, əsassız ittihamlar irəli sürmüşdür. "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi" pyeslərinin millətçilik ruhunda yazılan əsərlər qismində dəyərləndirənlərə münasibətin tarixilikdən qaynaqlandığı aydın görünür. "C.Cabbarlı gizli istiqlalçılar", "Məxfi əməliyyat... məhbəs yaradıcılığı", "Həbsxanadan Türk Teatr məktəbinə", "Ədibin ikinci həbsi haqqında", "Qırmızı irtica"nın tüğyan etdiyi çağlarda C.Cabbarlının "İttihadçı"larla, "Müsavat"çılarla həmrəyliyi nəticəsində təzyiqlərə, təqiblərə məruz qalması, həbsxana həyatının doğurduğu sıxıntılar araşdırmada ədibin tale yolunun, dönüm döngələri qismində dəyərləndirilir. Asif Rüstəmli bu kontekstdə haqlı olaraq C.Cabbarlının yazıb-yaratmaq əzmini şəxsiyyətinin daxili bütövlüyündə, kamilliyində, milli-mənəvi ruhdan boy göstərən sənət eşqinin tükənməzliyində arayır.

Monoqrafiyanın "Cəfər Cabbarlının ədəbi-bədii irsindən" adlanan fəsli tədqiqata nəfəs genişliyi gətirə biləcək yönlərindən dəyər vermək, müxtəlif baxış bucaqlarını cabbarlışünaslıq müstəvisində bir araya gətirmək istəyindən qaynaqlanmışdır. Konkret təyinatlı bölmələr çözüldükcə, cabbarlışünaslığın inkişafında rolu olan tədqiqatlar araşdırmaçının yeni baxış bucağı altında dəyərləndirildikcə fəslin başlıca predmeti reallaşır nəticədə "Cəfər Cabbarlı ədəbi-mədəni mühit" mövzusu bütün mümkün parametrlərilə düşüncə sferasına daxil olur kontekstdə ədibin irsinin müəyyən zaman kəsimlərində kimi reallıqlarla üzləşdiyi diqqətə çəkilir, kommunist ideologiyasının fəsadları barədə konseptual mülahizələri ortaya qoyur. C.Cabbarlının yaşadığı çağların vəfatından sonrakı dönəmlərin tədqiqatlarının tarixilik baxımından təhlili əsasında vulqar-sosiologizmin ədəbiyyatşünaslıq, məxsusi olaraq cabbarlışünaslıq düşüncəsinə mənfi təsir göstərmiş istedadlı araşdırmaçıların zamanın dalğasına məruz qalması barədə fikir formalaşdırır.

Fitrətən yaradıcı insan olan C.Cabbarlının xalqın ruhi-mənəvi ehtiyacından qaynaqlanan mövzuları bədii tədqiq obyektinə çevirdiyi məlumdur. Monoqrafiya müəllifi faktlara istinad edərək "Əfqanıstan", "Bakı müharibəsi" pyeslərinin sifarişlə yazıldığını bildirir. Xüsusilə "Əfqanıstan" pyesinin sifarişçisi Mir Cəfər Bağırovla C.Cabbarlının bir neçə dəfə görüşdüyü bu görüşlərdə əsərin tez bir zamanda tamamlanmasının tövsiyə edildiyi deyilir. Asif Rüstəmli bu əsərlərin yazılma tarixi, mövzusu, ideyası müəllifinin sifarişə münasibəti barədə xeyli fakt rəqəm müstəviyə çıxarır ki, bunlar C.Cabbarlını yeni yöndən idrak etməyə hesablanmışdır.  Əsərdə C.Cabbarlı üçün 1923- ilin kifayət qədər sıxıntılı olduğu, məxfi orqanlar tərəfindən təqib olunduğu, mənzilində dəfələrlə axtarışlar aparıldığı, əlyazmalarının qarət edildiyi, şahidlərin iştirakı ilə protokollar yazıldığı dəqiq tarixlərə istinad edilməklə vurğulanır. Tədqiqatçının tarixiliyi daim diqqət mərkəzində saxlaması tarixin diriliyinə, yaşarlılığına olan daxili inamı ilə sıx bağlıdır. Çünki bu gün yeni elmi cabbarşünaslıq məhz bu yöndə çağdaş Azərbaycan ədəbiyyatşünaslığının ayrılmaz tərkib hissəsi ola bilər. "Aydın" tarixi zaman", "Aydın" C.Cabbarlı", "Oqtay Eloğlu" Hüseyn Ərəblinski paralellərindəki açıqlamalar yeni olmaqla daim "əlahəzrət fakt"dan qaynaqlanır. C.Cabbarlının yaradıcılıq laboratoriyası haqqında qənaətlər, əsərlərinin yaranma tarixi, mövzusu, ideyası, üzərində işlədiyi çağlarda qarşılaşdığı maneələr, bədii örnəklərinin janr xüsusiyyətləri, üslubu barədə dövriyyəyə buraxılan mülahizələr deyilənlərə bariz nümunədir bunlarda cabbarlışünaslığı yeni baxış bucağı əsasında irəlilətmək onu layiq olduğu məqama çatdırmaq istəyi var. Araşdırmada Baş Arxivlər İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin, Respublika Əlyazmalar İnstitutunun arxivlərindən toplanan faktlara yenidən həyat verilir. C.Cabbarlını tale yolunun müxtəlif məqamları ilə ilgiləyən erudisiyalı tədqiqatçı ədibi-milli bəşəri dəyərləri uca tutan bir şəxsiyyət kimi təhlil tədqiq edir. Ədibin uşaqlıq, gənclik tələbəlik illərinin, ədəbiyyata gəlişi haqqında ilk ədəbi mülahizələrin mətbuatda əksilə bağlı məqamlar məharətlə dəqiqləşdirilir. C.Cabbarlının "Qız qalası" poeması, publisistikası, bədii nəsri romanı barədə irəli sürülən qənaətlərdə yenilik, özünəməxsusluq aydın nəzərə çarpır.

"1905-ci ildə" tarixi gerçəklik bədii həqiqət", "Koymonim gizli imza" bölmələrindən aydın görünür ki, bir sıra hallarda tarixi gerçəkliklə bədii həqiqət nəinki üst-üstə düşmür, hətta bir-birilə ziddiyyət təşkil edir. Ona görə tarixi gerçəkliklərlə bədii həqiqət fərqli yorumlanır. Gizli imzalarla bağlı çeşidli mətləblər Asif Rüstəmlinin ən incə məqamların da taleyönlü olduğunu isbat etmək istəyindən qaynaqlanır.

"Cəfər Cabbarlının tərcümə yaradıcılığı" adlanan beşinci fəslinin başlığında yer alan "tərcümə yaradıcılığı" ifadəsi mühüm maraq kəsb edir. Faktlarla isbat olunur ki, C.Cabbarlı bədii mətni sadəcə tərcümə etmirdi, onu bir dildən başqa dilə elə-belə çevirmirdi. Tərcümə işinə məhz yaradıcı yanaşırdı. Faktlar aydın göstərir ki, "Hamlet"in, "Otello"nun, "Qaçaqlar"ın digər əsərlərin tərcüməsi yaradıcı tərcümədir digərlərininkindən keyfiyyət etibarilə xeyli fərqlidir. Məsələn, A.Rüstəmlinin fikrincə, C.Cabbarlı "Otello"nu adi bir tərcüməçi kimi dilimizə çevirməmiş, məhz şair, dramaturq, rejissor, bəstəkar, rəssam həssaslığı ilə, tamaşaçı zövqü ilə əsəri azərbaycancalaşdırmışdır.

Fridrix Şillerin "Qaçaqlar" faciəsi ilə C.Cabbarlının "Oqtay Eloğlu" faciəsini həm süjet kompozisiya, həm aparıcı qəhrəmanların tale yollarında üzləşdiyi məqamlar baxımından bir araya gətirən müəllifin kontekstdə tərcümə sənətkarlığı ilə yanaşı yaradıcılıq məsələlərini tədqiq obyektinə çevirməsi onun incəliklərə varmaq kirdarını bir daha nümayiş etdirir.

C.Cabbarlının tərcümə ustalığında sərbəst tərcümənin rolu haqqında fikir formalaşdıran prof.Asif Rüstəmli Bomarşenin "Fiqaronun toyu" komediyasını tərcümə sənətkarlığına daha bir bariz nümunə kimi təhlil edir C.Cabbarlı tərcüməsilə əsərə aşılanan dəyərləri müstəviyə çıxarır. Bu isə sonucda böyük ədibi daha bir qövsdən idrak etməyə zəmin yaradır.

Müəllif bu tədqiqatda yalnız C.Cabbarlının tərcümə sənətkarlığı, tərcümə yaradıcılığı barədə konsepsiya irəli sürmür, eyni zamanda Azərbaycan tərcümə tarixində C.Cabbarlı mərhələsinin özəlliyi haqqında da fikir formalaşdırır.

Cəfər Cabbarlının tarixi şəxsiyyətinin, ədəbi simasının ümumən mürəkkəb situasiyalardan keçərək billurlaşan sənət stixiyasının incəliklərinə dərindən bələd olan, ədibin bədii arsenalını tarixiliklə müasirliyin sintezi müstəvisində tədqiq edən filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu əsərilə cabbarlışünaslığı çağdaş elmi-nəzəri düşüncə müstəvisində təhlil tədqiq etməkdə kifayət qədər kirdarlı araşdırmaçı olduğunu nümayiş etdirmiş olur. Tanınmış cabbarlışünas alimə, istedadlı həmkarıma elmi yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.        

 





04.03.2014    çap et  çap et